Menu
Geri İrəli

Sumqayıda hesabat konfransı: Zakir Fərəcov çıxışında hansı məsələlərə toxundu?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 1,354 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər İcra Hakimiyyətində Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə 2015-ci il üzrə hesabat konfransı keçirilib.

DSC_0249

Hesabat yığıncağında Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, ”Azərkimya” İstehsalat Birliyinə bu qurumun Müşahidə Şurasının sədri, millətvəkili Muxtar Babayev, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev, tədbirdə iştirak edən sahibkarlar və şəhər ictimaiyyətinin nümayəndələri çıxış edib.

 “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında”  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov geniş məruzə ilə çıxış edib

 Sumqayitxeber.com Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun hesabat yığıncağında səsləndirdiyi bəzi fikirləri təqdim edir: 

MƏHƏLLƏ VƏ MIKRORAYON DAXİLİ YOLLARIN ASFALT ÖRTÜYÜ YENİLƏNİR

Hesabat ilinin son aylarında aparılan abadlıq, quruculuq işləri yeni mərhələyə qədəm qoymuş, sakinlərin əhval-ruhiyyəsində böyük canlanma yaratmışdır. Şəhərimizdə quruculuq işlərini hər sahədə, hər addımda görmək olar.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülməyə başlanılmışdır. Şəhərin girişində yolun 4,0 km məsafədə hər iki tərəfə genişləndirilməsi nəticəsində mövcud yolun asfalt örtüyü 48,0 min kvadrat metrdən 67,0 min m2-ə çatdırılması, layihə əsasında yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, kommunikasiya xətlərinin çəkilməsi və yol boyu yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Nəqliyyatın hərəkətində yaranan sıxlıq, bu işlərin başa çatması ilə tam aradan qaldırılacaqdır.

Son illər şəhər sakinlərini narahat edən əsas məsələlərdən biri uzun illərdən bəri rəhbərlərin diqqətindən kənarda qalmış məhəllə və mikrorayon daxili yolların asfalt örtüyünün təmir olunmasıdır. Artıq bu məsələnin həlli istiqamətində xeyli işlər görülmüşdür.

 Şəhərin 1-ci, 3-cü, 5-ci, 6-cı, 9-cu, 13-cü, 17-ci və 18-ci mikrorayonlarında və 18-ci, 19-cu, 20-ci, 36-cı, 45-ci, 47-ci, 48-ci məhəllələrində daxili yolların, 17, 18 saylı bağlar massivinə gedən yolun asfalt örtüyünün təmiri başa çatdırılmış və 19, 30 və 33 saylı marşrutlar və Çerkassı küçəsinin təmiri davam etdirilir, Sahil küçələrində abadlıq işlərinə başlanılmışdır.

Küçə, məhəllə və mikrorayondaxili yollarda 427,2 min kvadrat metr  asfalt  örtüyü əsaslı təmir olunmuş, 12,8 min paqon-metr bordür və 7464 kvadrat metr tamet plitə döşənmiş, şəhərdə 9,0 min kvadrat metr yeni qazon sahələri salınmış,”İDEA İctimai Birliyinin” “Ümumrespublika Yaşıllaşdırm” marafonuna qoşularaq 10,0 min, və ümumilikdə şəhərdə 20,0 mindən çox ağac əkilmiş, cari ildə Sumqayıt şəhərində mövsüm ərzində 50,0 mindən çox ağac əkilməsi nəzərdə tutulur.

  • Aparılan abadlıq-quruculuq işləri daxilində Heydər Əliyev, Azərbaycan prospektlərində və 20 Yanvar küçəsində 15 yaşayış binasının fasadları “aqlay” üzlük daşlarla üzlənir, üç binada işlər yekunlaşmışdır. Eyni zamanda 4-cü mikrorayonda 30/80, 30a/80 saylı yaşayış binalarının fasadların üzlənməsi və dam örtüyünün təmiri, Nizami meydanın, Lüdviqshafen parkının 6-cı, 9-cu, 18-ci mikrorayonlarında və 36-cı məhəllələrdə məhəllə daxili ərazilərin işıqlandırılması başa çatdırılmışdır.
  • Sumqayıt sakinlərinin böyük sevincinə səbəb olan dənizkənarı ərazidə yenidənqurma işlərinin:- “Park Bulvar” və Çimərliyin tikintisi, Heydər Əliyev parkında “Heydər Əliyev Mərkəzinin” yeni binasının, Şahmat və Musiqi məktəblərinin inşası işlərinin  aparılmasıdır.
  • Bulvarda 186 ha sahədə işlər gedir. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə yerləri, idman kortları, kafe, restoran, istirahət güşələri, çoxmərtəbəli yaşayış binaları tikiləcəkdir.
  • Son dövrlərdə daxili imkanlar hesabına şəhərdə çox bərbad vəziyyətdə olan 38 uşaq bağçasının dam örtüyü və istilik sistemi yenidən qurulmuşdur. 11 və 18 saylı tam orta məktəblər  əsaslı təmir olunmuş, General M. Əsədov adına ümumtəhsil İnternat, 7 saylı tam orta məktəblərdə, 6 və 66 saylı uşaq bağçalarında əsaslı təmir işləri, 6-cı və 17-ci mikrorayonlarda özəl uşaq bağçalarının tikintisi aparılır.
  • Məhkəmə Kompleksinin və şəhər Prokurorluğunun yeni binasının tikintisində işlər davam etdirilmişdir.

700 BİNANIN DAM ÖRTÜYÜNÜN TƏMİR OLUNMASINA EHTİYAC VAR

DSC_0242Şəhərimizin dinamik inkişafı, əhalinin sayının artması, alıcılıq qabiliyyətinin yüksəlməsi, yeni müəssisələrin yaradılması şəhərimizə investorlar tərəfindən maraq artmışdır. Hesabat dövründə 4-cü; 17-ci; 19-cu məhəllələrdə,1-ci; 3-cü; 4-cü; 6-cı; 8-ci; 9-cu; 10-cu mikrorayonlarda yaşayış binalarının və Sülh küçəsində yaşayış kompleksində tikinti işləri davam etdirilmişdir. Bu gün müasir layihələrin həyata keçirilməsi üçün təkliflər daxil olmaqdadır. Cari ildə də şəhərimizdə məhəllədaxili ərazilərdə yolların, küçə işıqlandırılması, sosial obyektlərin əsaslı təmiri istiqamətində abadlıq-quruculuq işləri davam etdiriləcəkdir.

Sumqayıt şəhərində uzun illərdən yığılıb qalmış əsas qlobal problemlərdən biri də mənzil fondunun qorunub saxlanılmasıdır. Dövlət Mənzil fondunda olan 1365 binanınn 50,0 faizdən çoxu təqribən 700 binanın dam örtüyünün, 200-dən çoxunun zirzəmisinin, aşağı kommunikasiya xətlərinin əsaslı təmir olunmasına, 20-yə qədər qəzalı vəziyyətdə olan binadalarda təmir bərpa və bərkitmə-gücləndirmə işlərinin aparılmasına zəruri ehtiyac vardır. Təssüflər olsun ki, bu sahədə son illər tutarlı işlər görülməmişdir.

Hesabat ilinin sonlarında daxili imkanlar hesabına 17-ci və 18-ci mikrorayonlarda binaların dam örtüklərinin və zirzəmilərinin təmir olunması istiqamətində müəyyən işlər görülməsinə başlanmış, 9 yaşayış binasının yumşaq dam örtüyü metal-kirəmit örtüklə əvəz edilmiş, 2 binada işlər başa çatmışdır. 28 binanın  fasadı, rənglənib, 5 binanın dam örtüyü təmir edilib. Yaşayış binalarında 48 mənzilin dam örtüyü şiferlə, 210 mənzilin dam örtüyü ruberoidlə cari təmir edilmiş, 69 binanın xarici kürsü divarı rənglənmiş, məhəllə və mikrorayonların ərazisində 84 ədəd oturacaq təmir edilmiş və 140 yaşayış binasının zirzəmisi təmizlənmiş, səki daşları rənglənmiş, binaların girişləri işıqlandırılmışdır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt və sumqayıtlılara onların problemlərinin həll olunmasında daim dəstək olmuşdur. Bu dəfə də ilin sonunda şəhərdə 100 binanın dam örtüyünün  təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalamışdır. Bu sərəncam sumqayıtlıların çoxdan arzuladığı bir problemin həlli istiqamətində şəhər sakinlərinin qəlbində böyük ümid yaratdı. Onlar buna görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.

Bu sahadə müəyyən irəlləyişlərin olmnasına baxmayaraq, görüləsi işlərdə çoxdur. Binaların girişində, pilləkən qəfəslərində və uzun müddət istismar nəticəsində yarasız halda olan aşağı şəbəkə üzrə su və kanalizasiya xətlərinin əsaslı təmirə böyük ehtiyacı vardır.

“Mənzil Kommunal Təsərrüfatı İstehsalat” Birliyi onun yerlərdə olan Mənzil Kommunal sahələri mənzil fondunun qorunub-saxlanılması istiqamətində öz işlərində köklü surətdə dəyişiklik aparmalı və əməli tədbirlər görməlidirlər.

TORPAQ FONDUNDAN DÜZGÜN İSTİFADƏ OLUNMSI SAHƏSİNDƏ  BƏZİ NEQATIV HALLARA DA YOL VERILİB

DSC_0217Şəhərdə torpaq fondundan düzgün istifadə olunmsı sahəsində  bəzi neqativ hallara da yol verilmişdir. Ölkə rəhbərinin Sumqayıta göstərdiyi diqqət və qayğının nəticəsində aparılan abadlıq-quruculuq işlərinin həcminin genişləndirilməsi, yeni müəssisə və təşkilatların yaradılması şəhərə olan marağı artırmışdır. Son illər müxtəlif iş adamları tərəfindən böyük layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürülür. Sosial obyektlərin tikintisi üçün yerlər axtarılır.

Mənzil tikintisi, sosial obyektlərin tikintisinə ərazi tapılmadığı bir  halda özlərini makler adlandıran bəzi əliəyri  işbazlar  bağçılıq, bostançılıq sənədlərinin saxtalaşdırılmasına yol verərək və digər başqa üsullarla Memarlıq və şəhərsalma idarəsinin, ərazi inzibati nümayəndəliyinin, sahə müvəkkillərinin, bələdiyyənin, işçilərinin gözü qarşısında bir çox işbazların əli ilə “Maral göl” keçmiş “Taksimotor” parkının ərazisində, Çimərlik zonası olan Xəzər bağlarında, Yaşıl Dərə, 76-cı məhəllə və sair ərazilərdə torpaq fondundan qeyri-qanuni istifadə etməyə çalışmışlar.Son vaxtlar görülmüş tədbirlər nəticəsində qeyri-qanuni tikililərlə bağlı müvafiq tədbirlər görülmüş, “Yaşıl Dərə“, Yaşma bağları ərazisində qeyri-qanuni tikililərin sökülməsi 1-ci mikrorayon, 2-ci  məhəllə ərazisində Mehmandarov, Çerkassi, Nəriman Nərimanov küçələrində, Dəmiryol Vağzalı ətrafında , Bakı-Quba yolu maşın bazarı ilə üzbəüz ərazidə olan qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı tədbirlər görülmüşdür.

Şəhər İcra hakimiyyətinin failiyyətinin pioritet sahələrindən biri kimi sakinlərin əhval-ruhiyyəsinə təsir edən əsas məsələlərdən olan şəhər təsərrüfatının inkişaf etdirilməsindən, əhaliyyə kommunal xidmətlərin yüksəldilməsindən ibarətdir.

Hesabat dövründə əhalinin elektrik enerjisinin təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif gücə malik 27 ədəd yeni transformator quraşdırılmış, 157 transformator təmir olunmuş, 5 ədəd az məhsuldar transformator daha məhsuldarı ilə əvəz olunmuş, 127,1 min metr uzunluğunda müxtəlif SİB naqil və kabellərdən istifadə olunmuş, 653 ədəd dayaq basdırılmışdır. Bütün bunların nəticəsində İnşaatçılar, Yaşma bağları, 1-ci, 3-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 11-ci, 12-ci, 13-cü və 18-ci mikrorayonlar, 41-ci, 41a, 42-ci, 76-cı  məhəllələrin, St.Sumqayıt, Corat və H. Zeynalabdin qəsəbələri, Tuğ Zavod, Şirvan, Kimyaçılar, Yaşıl Dərə yaşayış massivlərində elektrik təchizatı yaxşılaşdırılmış, 860 ədəd sayğac quraşdırılmışdır.

Lakin görülmüş işlərlə yanaşı əhalinin elektrik enerjisi ilə təminatında çatışmamazlıqlar da mövcuddur. Corat qəsəbəsində, Kimyaçılar , İnşaatçılar, Z.Tağıyev qəsəbəsi , Kosmonovtlar məhəlləsində, BTZ bağları, 9-cu, 20-ci, 21-ci mikrororayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə yeni güc mərkəzlərinin və yeni Yarımstansiyaların tikilməsi həlli vacib məsələlərdəndir.  Şəhərdə yarımstansiyaların bir çoxlarının və hava naqillərinin  vəziyyəti yaxşı deyil. Bu sahadə görülən işlər təlabatdan çox aşağıdır.

2015-ci ildə Sumqayıt Qaz İstismar sahəsi tərəfindən St.Sumqayıt ərazisinin, Corat qəsəbəsi 2-ci məhəllə, H.Zeynalabdin qəsəbələrində dəmiryolvağzalı ətrafı, Novxanı, Xəzər, Metallurq bağları, Yaşma yaşayış massivində əhalinin qaz təminatının yaxşılaşdırılması üçün tədbirlər görülmüş, 18841 p/m müxtəlif diametrli qaz xətləri çəkilmiş, 1696 ədəd “Smart-kart” tipli qaz sayğacı quraşdırılmış və 8764 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.

Qazın paylanmasında ciddi təhlil aparılmasına və nizamlanmasına ehtiyac vardır. Corat, H. Zeynalabdin qəsəbələrində, birləşmiş məhəllələrdə qaz təhcizatını yaxşılaşdırmaq, Şüşə zavodu ərazisindən Xəzər bağlarına qədər yeni xəttin çəkilməsi, Bakı küçəsi, Heydər Əliyev prospektlərindəki qaz xətləri 150-dm-dən 250-dm-ə xətlərlə əvəz olunması, 6 km uzunluğunda I-II-ci şəhər maqistral xətləri 250 d-dən 350 d-yə borularla əvəz olunması üçün tədbirlər görülməlidir. Eyni zamanda qazanxanaların normal qaz təminatı üçün təxirəsalınmaz tədbirlər görülməlidir.  

250-DƏN ÇOX ZİRZƏMİNİN TƏMİZLƏNMƏSİ NƏZƏRDƏ TUTULUR

DSC_0118Əhalinin su təchizatı və kanalizasiya xidmətinə olan tələbatının ödənilməsi sahəsində müəyyən işlər görülmüşdür. Su təchizatı sahəsində problemlər mövcuddur.  Dövlət  mənzil  fonduna  aid yaşayış binalarında 260-dan çox sulu zirzəmi vardır. Bundan əksəriyyəti aşağı şəbəkə su və kanalizasiya təchizatı xəttlərinin tez-tez sıradan çıxması nəticəsində yaranır. Şəhərin bir çox ərazilərində, o cümlədən 9-cu, 10-cu, 16-cı, 18-ci mikrorayonlar, Corat, Hacı Zeynalabdin qəsəbələrinin bir hissəsi, 7-8-12-ci birləşmiş məhəllə, Kotec, İnşaatçılar yaşayış massivlərində əhalinin su təchizatı ilə bağlı problemlər yaranır. Suyun verilməsində fasilələrə yol verilir. Tuğ Zavod adlanan ərazidə, Corat qəsəbəsində məişət çirkab suların ötürülməsi ilə bağlı kanalizasiya təchizatı şəbəkəsi demək olar ki, daim yüklüdür və ərazidə formalaşan tullantı suların tam həcmdə ötürülməsi üçün yeni şəbəkə yaradılmasına ehtiyac vardır. Cari ildə Zeynalabdin Tağıyev, Kimyaçılar yaşayış massivində və digər sahələrdə suyun yaxşılaşdırılması üçün 5-6 km xəttin dəyişdirilməsi. 250-dən çox zirzəminin təmizlənməsi Ceyranbatan su anbarında 12500 m3 –lik təmir işlərinin aparılması, Park Bulvarda 10 km-ə yaxın su və kanalizasiya xətlərinin çəkilməsi və işlərin aparılması nəzərdə tutulur.

Su idarəsi baş vermiş qəzaların aradan qaldırılması, cari təmir işlərinin aparılması ilə işlərini bitmiş hesab etməməlidir, su təchizatının yaxşılaşdırılması üçün köklü dəyişikliklər aparmalı, məhəllə və mikrorayonların bütövlükdə su təminatı ilə bağlı itkiyə qarşı tədbirlər görülməli, arxayançılığa yol vermək olmaz, bu istiqamətdə ötən dövrün nəticələrinə görə işlərini bir daha təhlil edib, problemlərin təkrar olunmasına yol verilməməlidir. Acıdərə kanalında işlər intensivləşdirilib başa çatdırılmalı və nəzarət güclənməlidir.

40 ƏDƏD LİFT YENİSI İLƏ ƏVƏZ OLUNUR 

Sumqayıt şəhər İstilik idarəsi tərəfindən 2015/2016-cı il payız-qış mövsümünə hazırlıqla əlaqədar müəyyən işlər görülüb. 17 mərkəzləşdirilmiş, 6 modul qazanxana vasitəsi ilə 250-yə yaxın  yaşayış binasına, 30 məktəb, 16 uşaq bağçasına, 17 səhiyyə obyektinə və 21 digər inzibati binaya istilik verilir. Bundan əlavə uşaq bağçalarının və məktəblərin maksimum həddə istilik almaları üçün tədbirlər görülür.

 Şəhərdə 177 yaşayış binasında 594 lift istismardadır. Bu liftlərdən 200 ədədi ötən əsrin 80-ci illərində quraşdırıldığı üçün istismar müddətini başa vurmuşdur. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Sumqayıta, onun sadə əməksevər adamlarına daim xüsusi qayğı göstərərək şəhərin inkişafını diqqət mərkəzində saxlayır.

Ayrılmış vəsait hesabına 140 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə işlər davam etdirilir.

 Sosial-iqtisadi həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlər təhsil, səhiyyə və mədəniyyət sahəsində öz əksini tapmışdır.

29 MƏKTƏBİN ƏSASLI TƏMİRƏ CIDDİ EHTIYACI VAR

DSC_0112Gənc nəslin təlim-tərbiyəsi, onların vətənpərvərlik ruhunda böyüməsi sahəsində məktəblərdə xeyrli iş görülmüşdür. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində 11, 18 saylı tam orta məktəblər əsaslı təmir olunmuş, yeni avadanlıqla təmin edilmiş, 34 saylı tam orta məktəbin dam örtüyü dəyişdirilmiş, 7 saylı tam orta məktəb və orta ümumtəhsil İnternat məktəbində əsaslı təmir işləri davam etdirilir. Təhsilin keyfiyyətini yaxşılaşdırılması məqsədilə fənn aylıqları, açıq dərslər və digər tədbirlər keçirilmişdir. Amma buna baxmayaraq, son illər Sumqayıtda təhsilin səviyyəsi xeyli aşağı düşmüşdür. Halbuki, əvvəllər Sumqayıt təhsili hər zaman respublika təhsilinin flaqmanı sayılırdı. Bir çox məktəblərdə şagirdlərin məktəbə qabulu zamanı baş verən neqativ hallar, yuxarı sinif şagirdlərinin dərsə dəvamiyyətində, nizam-intizam aşağı olması, dərsə dəvamiyyətin zəifləməyi, müəllim şagird münasibətlərinin etik normalara uyğun gəlməməsi kimi nöqsanları göstərmək olar. Ötən tədris ilində şəhər üzrə XI sinfi bitirən məzunların sayı 2924 nəfər olmuşdur. Onlardan 2405 nəfəri ali məktəblərə sənəd vermiş və 1448 nəfər məzun tələbə adını qazanmışdır ki, bu da qəbulun 60,2 % olması deməkdir. Məzunların ümumi sayını nəzərə alaraq qəbul 49,3 % təşkil edir.Keçən illə müqayisədə 5,7 % aşağı olmuşdur. Bu da respublika səviyyəsindən xeyli aşağıdır. Faktlar təsdiq etmişdir ki, bir çox məktəblərdə  tədrisin səviyyəsi aşağı olduğundan buraxılış imtahanlarının nəticələri orta ümumtəhsil İnternat, 2, 3, 6, 8, 19,  27, 34 və 41 saylı məktəblərdə çox zəif olmuşdur. Eləcə də, ötən dərs ilinin yekunlarına görə şəhər üzrə 56 şagird təkrar sinifdə saxlanılmışdır.

Yeni dərs ili başlayanda məktəblərdə yuxarı sinif şagirdlərinin  dərsə davamiyyəti yoxlanılmışdır. Məlum olmuşdur ki, şagirdlərin yarıdan çoxu dərsə gəlməmiş, repititorların yanına getmişdilər.

Məktəblərin yeni dərs ilinə və qış mövsümünə hazırlığı qənaətbəxş olmamışdır. Onlardan yalnız  21-i təmirlidir. Qalan 29 məktəbin əsaslı təmirə ciddi ehtiyacı vardır. Aidiyyəti qurumlar tərəfindən hər ötən ildə beş məktəb təmir edilsəydi, indi belə vəziyyət yaranmazdı.

Şəhər rəhbərliyi tərəfindən son vaxtlar görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində məktəblərdə istilik sistemləri təmir olunmuş,  yol verilmiş nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görülmüşdür.

Gələcək nəslin düzgün tərbiyə olunmasında, sağlam böyüməsində uşaq bağçalarının rolunun böyük olması danılmazdır. Bunu başa düşərək hər bir bağça müdiri bu işə vicdanla yanaşmalıdır.

Şəhərdə məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyətinin vəziyyəti qənaətbəxş olmamış, fəaliyyətlərində bir sıra ciddi nöqsanlara yol verilmişdir. Kadrların seçilib yerləşdirilməsindən tutmuş körpələrin qidalanmasına, sağlamlığının qorunmasına və təhsilin ilk pilləsi kimi bağçalarda təlim-tərbiyə işlərinin  aparılmasında  nöqsanlara yol verilmişdir.  Bağçaların təmiri və təchizatı heç kəsi narahat etməmişdir. 56 məktəbəqədər tərbiyə müəssisəsinin yalnız 9-u təmir edilmişdir. Qalan 47 uşaq bağçası acınacaqlı vəziyyətə düşmüşdür. Dam örtüyü bərbad, istilik sistemi, təmiri yox, ərzaq isə keyfiyyətsiz olmuşdur.

DSC_0102

Bağçalara normadan artıq əlavə uşaqların qəbul edilməsi nəticəsində qruplarda  uşaq sıxlığı xeyli artmışdır. 11, 26, 45, 51 saylı uşaq bağçalarında 20-dən 150-yə qədər artıq uşaq qəbul olunmuşdur. Bunun nəticəsində ərzaq, yorğan-döşək, inventar çatışmamazlığı əmələ gəlmişdir.

Məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması və dövlət başçısının hər bir məmurun qarşısında qoyduğu tələblər səviyyəsində işin yenidən qurulması istiqamətində müvafiq tədbirlər görülmüş və nəzarətdə saxlanılır.  

Şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlər sayəsində 2 ay ərzində istilik mövsümü  başlayana qədər 38 bağçanın dam örtüyü dəyişdirilmiş, 34-ündə istilik sistemi yenidən qurulmuşdur.

Son günlər görülmüş tədbirlər nəticəsində bağçaların ərzaqla təminatının yaxşılaşdırılması istiqamətində və  müəsisələrin fəaliyyətində yol verilmiş neqativ halların aradan qaldırılması üçün köklü dəyişikliklər həyata keçirilmişdir.

 2015-ci ildə tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi yardımın təşkili, yoluxucu xəstəliklərin profilaktikası sahəsində işin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artırılmışdır. Tibbi kadrların peşə hazırlığının artırılması istiqamətində məqsədyönlü tədbirlər aparılmış,maddi-texniki bazasının möhkəmləndirilməsi, struktur bölmələrin təchizatının yaxşılaşdırılması, bina və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüşdür.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrası məqsədilə respublikanın bütün bölgələrində olduğu kimi Sumqayıt şəhərində də 02 fevral 2015-ci il tarixdən əhalinin ümimi tibb-profilaktik müayinələrinə başlanılmış, 227,3  min nəfər şəhər sakini tibbi müayinədən keçmişdir.

 Şəhərimizdə özəl sektorun dinamik inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsi, vergi ödəyicilərinin sayının artmasının nəticəsidir ki, vergi və tədiyyələrin toplanması proqnozu 86,5  milyon manata qarşı 86,1 milyon manat və ya 99,6% yerinə yetirilmişdir.

Tədiyyə və vergilərin yığılması büdcə xərclərinin vaxtında ödənilməsinə şərait yaratmışdır, şəhər büdcəsinin xərc hissəsi 99,6 % icra olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamları ilə pensiyaların, əmək haqlarının və müavinatların artırılması əhalinin sosial müdafisəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır.Son illər əhalinin sosial müdafiəsini təmin olunması üçün 16 fərman və sərancam imzalanmışdır.Sosial müdafiəyə ehtiyacı olan əhalinin maddi rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial məsələlərə dair qəbul edilmiş Proqramların şəhərdə icrasına xüsusi diqqət verilir. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin vasitəsi ilə hal-hazırda 51062 nəfər pensiya alır. Bu dövrdə bir pensiyaçıya düşən orta aylıq pensiyanın məbləği 170,8 manat təşkil etmiş ötən dövrlə müqayisədə artım 1,2  % olmuşdur.

Şöbənin rəhbərliyi DSMF-dan vəsait daxil olmaların həcmini azaltmaq, yəni dövlət büdcənin yükünü yüngülləşdirmək məqsədilə özünümaliyyələşdirmə prinsipinin həyata keçirmək üçün daxili imkanlardan maksimum istifadə etməli, hüquqi və fiziki şəxslərin tam uçota alınması və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi istiqamətində təxirəsalmaz tədbirlər görməlidirlər.

 DSC_0101Hesabat dövründə sosial yardıma ehtiyacı olan insanların müəyyən edilərək onlara yardım verilməsi,müavinətlərin vaxtında şəffaf şəkildə ödənilməsi üçün müəyyən işlər görülmüşdür.

Əhalinin Sosial Müdafiə Mərkəzinin şəhər şöbəsi 2064 nəfər qüsurlu, hərəkət imkanları məhdud olan tək yaşayan insanlar da daxil olmaqla 14355 müavinət alanlara xidmət göstərir.

Ötən dövrdə 17247 nəfər ailə üzvü olan 4454 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə 105 ailəyə 231,0 min manat çox yardım verilmişdir. Şöbə aztəminatlı ailərlə sıx təmasda  olduğu üçün müraciət edən hər bir sakinlə mülayim davranmaq, səbrlə onları dinləmək, başa salmaq və normativ sənədlərə uyğu olaraq onları maarifləndirmək istiqamətində işləri gücləndirməlidir.

Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə 3065 nəfər iş axtaran müraciət etmişdir. Onlardan 884 nəfəri işlə təmin olunmuşdur. 338 nəfərə işsizlik statusu verilməklə müavinət təyin edilmişdir. 2014-cü illə müqayisədə iş axtaranların sayı 1036 nəfər, işlə təmin olunanların sayı isə 124 nəfər çox olmuşdur.

Şəhərdə sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin qorunması, qanunsuz silah və sursatın saxlanması, narkomaniya ilə kəskin və ciddi mübarizə aparılması, sabitliyi pozmağa çalışanlara qarşı qətiyyətli tədbirlərin görülməsi hüquq mühafizə orqanları tərəfindən uğurla davam etdirilmiş, daim nəzarətdə saxlanmışdır. İl ərzində 905 cinayət hadisəsi qeydə alınmış, onlardan 84,6 faizi açılmışdır. Həmişə olduğu kimi şəhər Polis İdarəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizə sahəsində bundan sonra da öz fəallığını artırmalı,ictimai asayişin qorunmasının təmin olunması istiqamətində qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirməsində səylərini daha da artırmalıdır.

Sumqayıt şəhərinin yerli özünidarəni həyata keçiriən bələdiyyələr öz işlərini yerli özünidarəetmə haqqında Avropa xartiyasına və bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara , normativ hüquqi aktlara uyğun qurmalı və Sumqayıt şəhər İcra hakimiyyəti ilə qarşılıqlı işgüzar münasibətlər şəklində şəhərin sosial-iqtisadi inkişafı,əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 2015-ci ildə şəhərdə aparılan abadlıq , quruculuq işlərində, vətəndaşların sosial, mənzil kommunal ehtiyaclarının ödənilməsi bələdiyyələrin vəzifələrindən bir kimi müəyyənləşdirilmişdir.

SOSİAL MƏSƏLƏLƏRİN HƏLLİNDƏ BƏLƏDİYYƏNİN İŞTIRAKI YOX DƏRƏCƏSİNDƏ OLUB

DSC_0093Lakin birmənalı şəkildə qeyd olunmalıdır ki, yerli özünidarəetmə orqanları öz fəaliyyətlərini tam qurmağa nail olmamışlar. Şəhər və qəsəbələrin sosial məsələlərin həllində onların iştirakı yox dərəcəsində olmuşdur. Qanunla nəzərdə tutulmuş vergilərin yığılması demək olar ki , tələb olunan səviyyədə təşkil olunmamış, yığılmış maliyyə vəsaitlərin xərclənməsi illər uzunu nəzarətdən kənar qalmışdır.Kifayət qədər maliyyə vəsaitlərinin toplanmasına baxmayaraq şəhərin abadlıq-quruculuq işlərində iştirakı gözəçarpan olmamışdır.  

Bələdiyyələrin daimi komissiyaları, komissiya üzvləri şəhərdə keçirilən təmizlik, abadlıq, yaşıllaşdırma, mədəni-kütləvi tədbirlərin hazırlanması və keçirilməsində seyirici mövqe tutmuşlar. Vətəndaşların qəbulu və onların  müraciətlərinə baxılmasında daim şikayətlər daxil olmuşdur. Belə bir vəziyyətə dözə bilməyən bələdiyyə üzvləri sədrin işdən kənarlaşdırılması məsələsini qaldırmışlar və ilin axrında bələdiyyə sədri tutduğu vəzifədən kənarlaşdırılmışdır.

Bələdiyyələr öz fəaliyyətlərində əsaslı dönüş yaratmalı, yerli özünüidarəetmə orqanları kimi üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirilməlidir.

Şəhər İcra hakimiyyətinin fəliyyətində başlıca funksiyalardan biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, əhalinin qaldırdıqları problemləri qanun vericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsidir.

İl ərzində şəhər İcra hakimiyyəti başçısı aparatına 4834 müraciət daxil olmuşdur. Müraciətlərin təxminən hər üçdən ikisi torpaq sahəsinin ayrılması, mənzil, tikinti və kommunal məsələləri təşkil edir.

Vətəndaşların qəbulu qüvvədə olan təlimata uyğun aparılmışdır. Hesabat dövründə 3900 nəfər vətəndaş qəbulda olmuşdur. Onlardan 882 nəfəri şəxsən şəhər İcra hakimiyyətinin rəhbərliyi tərəfindən qəbul edilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti öz müsbət həllini tapmışdır.

Hazırladı: Eyvaz QOCAYEV

Fotolar: Xəqani Əzizov

  

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın