Menu
Geri İrəli

Sumqayıt 68 yaşını qeyd edir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2017 • Baxış sayı: 465 dəfə • Şərh yoxdur
Share Button

Əhalisinin sayına görə Azərbaycanın ikinci, sahəsinə görə Bakı və Gəncədən sonra üçüncü böyük şəhəri olan Sumqayıt 68 yaşını qeyd edir. 1949-cu il noyabrın 22-də Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta rəsmi şəkildə şəhər statusu verilib.

Vaxtilə həvəslə Xəzərin sahilinə şəhər salmağa gələn gənclərin çoxu indi yaşlanıb, dünyasını dəyişib. Şəhərin bu günü ilə öyünən, yaşı səksəni ötən sumqayıtlılar o günləri indi də yaxşı xatırlayırlar. Sumqayıtın xəzinəsi də elə onun sakinləridir. Təsadüfi deyil ki, Sumqayıt respublika üçün kadrlar hazırlayan laboratoriya da adlandırılır. Sumqayıtın ölkənin iqtisadi, mədəni və intellektual potensialının gücləndirilməsində xüsusi nailiyyətləri var.

Sumqayıt daim ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Son illər yaradılan ölkə əhəmiyyətli yeni sənaye parkları, müəssisələr, yenilənən infrastruktur, inşa olunan mədəni və sosial əhəmiyyətli obyektlər buna sübutdur.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhərin 68 illiyinə həsr olunan “Nəsillərin görüşü” adlı tədbir keçirilib. Tədbir şəhər Ağsaqqallar Şurasının, Gənclər və İdman Baş İdarəsinin, həmçinin Sumqayıt şəhər Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. “Nəsillərin görüşü”ndə şəhərin yaşlı nəsil nümayəndələri gənclərlə bir araya gəliblər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, şəhər bələdiyyəsinin sədri Soltan Əsədov, Corat Veteranlar Şurasının sədri Rüstəm Əliyev, Əməkdar İdman Ustası İlham Zəkiyev, Prezident təqaüdçüsü Aytən Hacıyeva, Səhiyyə Şöbəsinin baş pediatrı Xalidə Quliyeva, Əməkdar Mühəndis Təbrik Quliyev şəhərin yaranma tarixindən, inkişafından geniş bəhs ediblər.

Bildirilib ki, dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda da uğurla icra olunur. Son illər Sumqayıtın siması büst-bütün dəyişib, yeniləşərək müasirləşib. Aparılan yenidənqurma işləri, gələcək layihələr isə yeni-yeni uğurların əldə olunacağından xəbər verir.

151134727215231254_1000x669 151134727325602674_1000x669 15113472731022362188_1000x669 15113472731487629161_1000x669 1511347273172301595_1000x669 15113472732765564479_1000x669 1511347273439312509_1000x669 15113472734557447359_1000x669 15113472734848559289_1000x669 1511347273554454505_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın