Menu
Geri İrəli

“Şərq bazarı”nın ətrafı abadlaşır – FOTOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 1,189 dəfə • 1 şərh

Sumqayıtda abadlıq işləri bu gün daha sürətlə və yeni məzmunda davam edir.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Şərq bazarı”nın yaxınlığında uzun illərdən bəri yarımçıq qalan tikilinin sökülməsi, ərazinin abadlaşdırılaraq yerində bağça və musiqi məktəbinin inşa olunması nəzərdə tutulur.

Şəhərin 1-ci, 3-cü, 6-cı, 9-cu, 17-ci və 18-ci mikrorayonlarında, 47-ci, 48-ci məhəllələrində daxili yolların, bağlar massivinə gedən yolun asfaltlanması təmir olunub. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasadları aqlay daşla üzlənib. Şəhərin əsas girişində – Sülh küçəsinin başlanğıcında yolun genişləndirilməsinə, Çerkassı küçəsinin təmirinə və dənizkənarı ərazidə yenidənqurma işlərinə, Heydər Əliyev Mərkəzinin yeni binasının inşasına başlanılıb.

Həmçinin şəhərdə 48 uşaq bağçasının dam örtüyünün və istilik sisteminin əsaslı təmir olunması, 17-ci və 18-ci mikrorayonlarda yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərdə əsaslı təmir işləri aparılır.

IMG_6419 IMG_6422 IMG_6424 IMG_6430 IMG_6450 IMG_6451 IMG_6452 IMG_6453

Facebook Şərhləndirmə:

““Şərq bazarı”nın ətrafı abadlaşır – FOTOREPORTAJ” yazısına bir cavab

  1. Abbas deyir:

    Salam! Yaxşı planlardı,amma musiqi məktəbi yox , S.Haçıbəyov adına Sumqayıt musiqi kolleji üçün yeni bina tikilsin. Ümimiyyətlə şəhərimizdə hec bir musiqi məktəbini binası yoxdur.

Şərhinizi yazın