Menu
Geri İrəli

Sumqayıt «ASAN xidmət» mərkəzi daha beş rayonun əhalisinə xidmət göstərəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 1,591 dəfə • 1 şərh

Asan_xidmet_center_16011325 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt «ASAN xidmət» mərkəzi artıq Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakinlərinə də xidmət göstərəcəkdir.

Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin may ayından etibarən vətəndaşlara xidmət göstərən və 260 000-dən çox müraciəti qəbul etmiş Sumqayıt «ASAN xidmət» mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.

Xatırladaq ki, «ASAN xidmət» mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər.

«ASAN xidmət» mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.


Facebook Şərhləndirmə:

“Sumqayıt «ASAN xidmət» mərkəzi daha beş rayonun əhalisinə xidmət göstərəcək” yazısına bir cavab

  1. Bilal deyir:

    Salam menim yoldawimin wexsiyet vesiqesi ucun size muraciyet etmiwdik lakin iwden elaqeder olaraq gele bilmemiwik 12.13 2016 tarixine demiwdibiz gelin goturun lakin biz gele bilmedik seyehetimize gore gele bilmedik ay sonu gelib gotursek mumkundur Isgenderev selale

Şərhinizi yazın