Menu
Geri İrəli

Sumqayıt ayparaçıları gənclər gününü qeyd etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2016 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 Fevral “Gənclər günü” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə QAC Sumqayıt şəhər bölməsinin könüllüləri ilə yanaşı, fəal gənclər, şəhərin gənclər təşkilatlarının və bölmə ilə sıx əməkdaşlıq edən idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Öncə 2 Fevral “Gənclər günü” münasibəti ilə hazırlanmış videoçarx nümayiş olunub.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov vəQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən, eləcə də şəhər gənclərinin əldə etdiyi uğurlardan danışıblar. Sonra Sumqayıt ayparaçıları ilə sıx əməkdaşlıq edən müxtəlif sektorlarda çalışan gənclər Fəxri fərmanlarla mükafatlandırılıb.

Gənc müğənnilərin və rəqqasların ifaları ilə davam edən tədbir şən əhval-ruhiyyə ilə yekunlaşıb.


















 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın