Menu
Geri İrəli

Sumqayıt Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2012 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

Noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd edilir.
AzərTAc xəbər verir ki, bu münasibətlə Sumqayıtda təntənəli və rəngarəng tədbir olmuşdur. Sanki bütün şəhər – qoca da, cavan da Sumqayıtın ən böyük meydanına – Dövlət Bayrağı Meydanına gəlmişdi. Dünyanın hər bir ölkəsinin öz bayrağı və gerbi vardır və onlar dövlətin müstəqilliyinin rəmzi olan fərqləndirici nişanlardır.
Sumqayıt üzərində Azərbaycan bayrağı iftixarla dalğalanır. Bu gözəl bayram məhz ona – mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi, yaşıl rəngi İslam dininə mənsubiyyəti tərənnüm edən üçrəngli bayrağa həsr olunmuşdur. Şəhər musiqi məktəblərinin ümumi xor kollektivi Vətəni tərənnüm edən maraqlı proqramla çıxış etmişdir. Aktyorlar Dövlət Bayrağına həsr olunmuş şeirlər söyləmişlər.
Sonra marş sədaları altında N saylı hərbi hissənin əsgərləri möhtəşəm Azərbaycan Bayrağını meydana gətirmişlər. Onların ardınca hərbi geyimli məktəblilər nizami addımlarla cərgə ilə meydandan keçmişlər. Yeri gəlmişkən deyək ki, şəhərin küçələrində, parklarda, muzeylərdə və kitabxanalarda da bayram tədbirləri olacaqdır.
Qeyd edək ki, ölkənin bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Müstəqillik bərpa olunduqdan sonra bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Fərmanına əsasən hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın