Menu
Geri İrəli

Sumqayıt bələdiyyə parkı təmirdən sonra istifadəyə verilib-FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2012 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

Aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri sayəsində Sumqayıt bələdiyyə parkı öz görkəmini tamamilə dəyişmişdir.
Şəhər sakinlərinin və onun qonaqlarının sevimli istirahət məkanına çevrilən bu park füsunkarlığı, özünəməxsus yaşıllığı və təmizliyi ilə göz oxşayır. Ümumi sahəsi 66612 kvadratmetr olan bu park ərazisinə görə respublikada ən böyük bələdiyyə parkıdır. Yenidənqurma işləri zamanı burada 19000 kvadratmetr sahədə qazon əkilmiş, 21358 kvadratmetr estetik cəhətdən daha gözəl tamet plitələr döşənmiş, 4802 poqonmetr səki daşları düzülmüş, 125 kvadratmetr mərmər təbəqələr sərilmiş, göz oxşayan yeni konstruksiyalı fəvvarə, 70 yeni işıqlandırma sistemləri quraşdırılmışdır, müasir skamyalar və zibil qutuları yerləşdirilmişdir. Parkda fəaliyyət göstərən xidmət obyektləri də yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.
AzərTAc xəbər verir ki, artıq bələdiyyə parkının yay estradası rəngarəng kütləvi tədbirlər məkanına çevrilmişdir. Sonuncu istirahət günü də buradakı maraqlı tədbirlə yadda qalmışdır. AzərTac, Ətrabə Rzayeva

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın