Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin payız iməciliyi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2013 • Baxış sayı: 129 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Bələdiyyəsinin kollektivi 17 noyabr – Milli Dirçəliş günü münasibətilə növbəti payız iməciliyi  keçirmişdir. Şəhər sakinlərinin sevimli istirahət guşələrindən olan Bələdiyyə parkında – Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi ətraf ərazidə təşkil olunmuş tədbir zamanı Bələdiyyə işçiləri oradakı 200-dən artıq ağaca aqrotexniki qulluq göstərərək, onların diblərinə təbii gübrə vermiş və sulamış, bütün ağacaltı cəmənlikləri saralmış xəzəllərdən və müxtəlif tullantılardan təmizləmışlər. Toplanmış xəzəl qalaqları yandırılaraq, təbii gübrə kimi istifadə edilmişdir.

Şəhər sakinlərinin ailəvi istirahəti, gərgin əməkdən sonra axşam gəzintisi üçün nəzərdə tutulmuş Parkın ərazisinin yaşıllığına və təmizliyinə xüsusi diqqət yetirən Sumqayıt Bələdiyyəsinin kollektivi ilin sonunadək daha bir-neçə iməciliyin keçirilməsini nəzərdə tutmuşdur.

DSC06258 DSC06272 DSC06273

Facebook Şərhləndirmə:

Şərhinizi yazın