Menu
Geri İrəli

Sumqayıt bağçaları qışa necə hazırdı?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 783 dəfə • Şərh yoxdur

imgpreview

Qışın gəlməsi uşaq bağçalarının da qayğısını birə-beş artırır. Bu zaman bağçaların istilik sistemi ilə təminatı məsələsi bütün çılpaqlığı ilə ortaya çıxır. Son illər təhsil ocaqlarının istiliklə təminatında bir sıra işlər görülüb. Ölkənin bəzi uşaq bağçaları fərdi qaydada qazanxanalarla təmin olunub. Bu sistemə qoşulmayan sözügedən müəssisələr isə istilik sisteminə mərkəzləşdirilmiş qaydada qoşulub. Amma bunları ,əsasən, şəhərin mərkəzindəki bəzi bağçalara şamil etmək olar.Bu səbəbdən, 2013-cü ildə uşaq bağçalarında vəziyyətin nə dərəcədə olduğunu araşdırmaq üçün Sumqayıt şəhərinə üz tutduq və mövcud durum ilə tanış olduq.

Sumqayıt şəhər İcra Hakimiyyətindən XeberLent.az informasiya agentliyinə bildirdilər ki, 56 uşaq bağçasından 16-da istilik sistemi fəaliyyət göstərir. On altı bağçanın on dördü mərkəzləşdirilmiş istilik sisteminə qoşulsalar da, qalan iki bağça kombi sistemi ilə balaca körpələrimizi isidir.

Mövcud durumun nə dərəcədə düz oub-olmamasını öyrənmək üçün Sumqayıt bağçalarına yollandıq. Olduğumuz, 11, 40, 66, 70 saylı uşaq bağçalarında istilik sistemlərinin əla vəziyyətdə olduğunun şahidi olduq. Lakin çox əfsuslar olsun ki, bir çox bağçalarımızda nəinki istilik sisteminin olmamasının, hətta bağçaların təmirinin çox bərbad bir halda olduğunu gördük. İstilik sistemi olmayan bağçaların bəziləri, yaranmış vəziyyətdən çıxış yolu kimi, bağçalarda valideynlərdən “pletka” pulu da yığırlar. Bütün bunlar isə bir daha həm mənzilləri, həm də ictimai obyektləri istiliklə təmin etməli olan “Azəristiliktəchizat” ASC-nin heç də vəzifəsinin öhdəsindən uğurla gəlmədiyini göstərir.

Bağçaların bəzi divarlarının uçmaq ehtimalı ilə üz-üzə olması bizi çox narahat etdi. Bağça müdirələri isə açıqlamalarında dedilər ki, dəfələrlə yerli strukturlara müraciət etsək də, heç bir müsbət cavab gəlməyib. Hətta Fövqəlada Hallar Nazirliyindən də gəlib divarlara baxıblar, lakin necə gəliblərsə, eləcə də gediblər. Biz də valideyinlərin hesabına bağçanı bir təhər yalandanan-palandan təmir edib bir təhər dözürük.

Tərbiyə ocaqlarının müdirələri onu da vurğuladılar ki, bağçalar sıra ilə, bir-bir təmir olunurlar. Hətta bizə deyilib ki, 2015-ci ilə kimi, Sumqayıtda təmirsiz uşaq bağçası qalamayacaq.

Hər halda səbr etməkdən başqa valideynlərin əlavə çarələri də qalmır. Görünür, şaxta özünü hiss etdirdiyi zaman yenə də Sumqayıtdakı bəzi uşaq bağçaları ya boş qalacaq, yaxut da “pletka” ilə isidiləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın