Menu
Geri İrəli

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2015 • Baxış sayı: 570 dəfə • Şərh yoxdur

tixac dBu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda şəhər istiqamətinə doğru böyük tıxac yaranıb.

 “APA-Economics”in məlumatına görə, tıxac Masazır dairəsindən paytaxt istiqamətinə doğru uzanır.
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, saat 09:17-də bu yolda avtomobillərin orta sürəti 12,86 km/saat olub.
 Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkəti tənzimlənir.
 Hərəkətin iflic olması I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədardır.
 Xatırladaq ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, beynəlxalq tədbirlə əlaqədar yollardakı təmir və yenidənqurma işləri mart ayının sonuna qədər yekunlaşacaq.
Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın