Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi 18-ci məhəllədə yolun təmirinə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2014 • Baxış sayı: 694 dəfə • Şərh yoxdur

sumqayitxeber.com xəbər verir ki, bugünlərdə  metallurqların C.Cabbarlı adına Mədəniyyət evinin qarşısindakı gediş-gəlişi çox olan yolun yararsız hala düşməsini nəzərə alaraq, Sumqayıt Bələdiyyəsi həmin yolun əsaslı təmirinə başlayıb. Hazırda Bələdiyyənin Təmir-tkinti İdarəsi və podratçı təşkilatın birgə səyi ilə 350 metr uzunluqda olan yolda təmir işləri aparılır. Artıq bu məqsədlə əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə yolun yararsız hissələrinə qum və çınqıl döşənmiş, bordürlər bütün yol boyu təzələnib.

Burada yolun hər iki tərəfində piyada yolunun da qaydaya salınması, yol kənarında müxtəlif növ ağacların əkilməsi də davam etdirilir.

Yol və səkilərin asfaltlanaraq tam istifadəyə verilməsi 17 noyabra – Milli Dirçəliş gününə kimi tam başa çatdırılacaqdır.

IWA0002 WA0019

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın