Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi hesabat verib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2017 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Sumqayıt Bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə çıxış edən Bələdiyyə sədri Sultan Əsədov qurumun hesabatını diqqətə çatdırıb. 

S.Əsədov son bir il ərzində Sumqayıtda həyata keçirilmiş irimiqyaslı layihələr, görülən abadlıq-quruculuq işləri barədə danışıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıta səfəri zamanı burada görülmüş işəri olduqca yüksək qiymətləndirib.

S.Əsədov 2016-cı ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyətində dönüş yarandığını deyib, Bələdiyyənin öz işini Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərin abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurmağa çalışdığını bildirib.
Yığıncaqda bələdiyyə tərəfindən həyata keçirilən sosial layihələr, aparılmış abadlıq işləri, xarici ölkə şəhərlərinin bələdiyyələri ilə əməkdaşlıq və digər istiqamətlər barədə məlumatlar verilib.

 Daha sonra bir neçə məhəllə komitəsinin hesabatı və təklifləri dinlənilib.

 Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Faiq Kərimov icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında qısa zamanda həyata keçirilmiş layihələr barədə danışıb, yenidənqurma işlərinin davam edəcəyini qeyd edib. F.Kərimov Bələdiyyənin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və təkliflərini diqqətə çatdırıb.

DSC_0094 DSC_0104 DSC_0106 DSC_0111 DSC_0114 DSC_0115

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın