Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi iməcilik keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur


IMG-20141030-WA0010Sumqayıt Bələdiyyəsi Bakı-Quba magistralı yaxınlığında iməcilik keçirərək, yeni yaşıllıq sahəsinin yaradılmasına başlamışdır

Bu gün – oktyabrın 30-da Sumqayıt Bələdiyyəsinin kollektivi gənclik şəhərinin 65 illik yubileyi münasibətilə Bakı-Quba magistralının Sumqayıt girişində iməcilik keçirərək, yeni yaşıllıq sahəsinin yaradılmasına başlamışdır. Ağaçların pərakəndə deyil, planlı şəkildə əkilməsi üçün ilk növbədə sahədə müvafiq planlaşdırma-ölçü aparılmış, əraziyə torpaq tökülmüş, hamarlanmış və digər abadlıq işləri görülmüşdür. Daşlıq olan ərazidə çalaların qazılması üçün əraziyə quyuqazan texnika cəlb edilmişdir. Növbəti günlərdə çalalar tam hazır olduqdan sonra sahəyə əkin üçün münbit torpaq və təbii gübrə daşınması nəzərdə tutulur.

Azərbaycanın ekologiyasının yaxşılaşdırılması, ölkədə yaşılllıq sahələrinin daha da genişləndirilməsi ilə bağlı ölkə Prezidentinin tapşırıq və göstərişləri Sumqayıtın şəhər rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, uğurla yerinə yetirilir. Builki payız mövsümündə 300-ə qədər ağaçın əkilməsini planlaşdıran Bələdiyyə kollektivi tərəfindən yeni yaşıllıq ərazisinin salınması da şəhər üzrə nəzərdə tutulmuş yaşıllaşdırma tədbirlərinin tərkib hissəsidir.  Ümumulikdə isə bu ilin sonunadək Sumqayıtda yeni əkilmiş ağacların sayı 40 minə çatdırılacaqdır. Bunun 20 minə qədəri Bakı-Quba yolu boyunca əkilməkdədir. Şəhərin Heydər Əliyev parkında, İ.Nəsimi adına parkda, şəhərdaxili küçə və xiyabanlarda, məhəllə və mikrorayonlar daxilində əkilən yeni ağaclar isə Sumqayıtın mənzərəsini daha da gözəlləşdirməklə yanaşı, şəhərin ekologiyasının yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcəkdir.

 Orxan MƏMMƏDZADƏ.

IMG-20141030-WA0009

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın