Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2014 • Baxış sayı: 697 dəfə • Şərh yoxdur

005Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərlə şəhərin təhsil sistemindən olan seçicilərlə görüşü olub

 Bələdiyyə seçkiləri üzrə təbliğat kampaniyası şərçivəsində Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərin ilk start görüşü şəhərin təhsil işçiləri ilə olub.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Dövlətimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliev Azərbycanın müstəqil bir dövlət kimi formalaşmasında və onun dinamik inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızı dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş dövlətlərindən birinə çevirmək yolunda çoxşaxəli, geniş və səmərəli fəaliyyətindən söhbət açmışdır. Sonra o, YAP sıralarından namizədliyi irəli sürülənləri tədbir iştirakçılarına təqdim etmiş, onlara uğurlar arzulayaraq, çıxış üçün sözü onlara vermişdir.

Bələdiyyə üzvlüyünə namizədlərdən biri kimi çıxış edən Sumqayıt Bələdiyyəsinin hazırki sədri professor Əbülfəz Babayev Azərbaycanda bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi fəaliyyətə başlamasının təşəbbüskarının uzaqgörən,  müdrik rəhbər Heydər Əliyevin olduğunu minnətdarlıqla qeyd edərək, bu qurumun təşəkkül tapmasında və inkişafında, onun səlahiyətlərinin artırılmasında dövlət qayğısının xüsusi rolu olduğunu diqqətə çatdırmış, şəhər Bələdiyyəsinin son illərdə şəhərin ictimai-siyasi, mədəni həyatında, onun infrastruktur sahələri üzrə işlərin genişləndirilməsində fəal iştirakından söhbət açmışdır.

003

Sonra əksəriyyətini gənclərin təşkil etdiyi Bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək, doğma şəhərin yerli özünüidarəetmə strukturunun işində fəal iştirak edəcəklərini, sakinlərin problem və qayğılarına diqqətlə yanaşaraq, onların maksimum həllinə nail olacaqlarını, məhəllə və mikrorayonlarda yaşıllıq-abadlıq işlərinin genişləndirilməsi üçün səylə çalışacaqlarını, onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bildirmişlər.

Görüşdə çıxış edən təhsil işçiləri – Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Xüsusi İmternat məktəbin direktoru, Azərbaycanın Əməkdar müəllimi Ayət Kərimova, şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov, müəllimələr Şəhla Bağırova, Mehriban Musayeva və digərləri Sumqayıt Bələdiyyəsinin hazırki tərkibdə fəaliyyətindən, o cümlədən şəhərin məhəllə və mikrorayonlarının abadlaşdırılmasında, yaşıllıq sahələrinin artırılmasında iştirakından, sakinlərin mədəni istirahətinin təşkilinə göstərdiyi daimi qayğıdan razılıqlarını ifadə etmiş, Bələdiyyə üzvlüyünə namizədlərə öz arzu və təkliflərini bildirmiş, tövsiyələrini vermiş, Sumqayıt Bələdiyyəsinin fəaliyyət dairəsinin genişləndirilməsində, özünüidarəetmə qurumu kimi gələcəkdə şəhərin infrastukturunun daha da yaxşılaşdırılmasında, mənzil tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində yeni təşəbbüslərlə, fəal və yaradıcılıqla iştirak etmələrini arzulamışlar.

Orxan MƏMMƏDZADƏ.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın