Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi yol və səkilərin təmir-abadlıq işlərini davam etdirir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2014 • Baxış sayı: 450 dəfə • Şərh yoxdur

WA0027

Sumqayıt Bələdiyyəsi 65 yaşlı şəhərin ilk yaşayış massivlərindən olan 18-ci məhəllədə yol və səkilərin yenilənməsi üzrə başladığı abadlıq işlərini davam etdirir.  Artıq məhəllədəki binaların bir-neçəsini əlaqələndirən daxili yol və səkilərə asfalt döşənmiş,  torpaq sahələrinin yararsız hala düşərək, əvvəllər gediş-gəlişi çətinləşdirən çökəklik hissələrinə əlavə çınqıl daşınıb-tökülərək,  hamarlanmışdır.  Sakinlərin istəyi nəzərə alınaraq, bəzi yerlərdə yeni piyada yolları salınıb.

Bugünlərdə məhəllədaxili avtomobil yollarının kənarlarına  bordürlərin düzülməsi işləri də başa çatdırılıb. Yaxın günlərdə həmin yolların asfaltlanmasına başlanılacaq. Aparılan abadlıq işlərinin davamı olaraq, yol və səkilərin kənarlarında ağac və bəzək kolları da əkiləcək.

Orxan MƏMMƏDZADƏ

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın