Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsində növbəti yaz iməciliyi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur
Share Button

Ötən şənbə günü – aprelin 5-də Sumqayıt Bələdiyyəsinin kollektivi Bələdiyyə parkında – Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi ətraf ərazidə növbəti yaz iməciliyi keçirmişdir. İlin yalnız isti günlərində deyil, sərin havalarda da sumqayıtlıların sevimli istirahət yeri olan parkda  Bələdiyyə işçiləri tərəfindən 200-dən artıq ağaca aqrotexniki qulluq göstərilmiş, əraziyə qabaqcadan gətirilmiş torpaq və təbii gübrə daşınaraq ağacaltı sahələrə  səpilmişdir. Ağacların ətrafı təmizlənərək abadlaşdırılmış, onların dibinə su verilmişdir.

Şəhər sakinlərinin axşam istirahəti üçün parkın işıqlandırma sistemi də qaydaya salınmışdır.

IMG-20140407-WA0001 IMG-20140407-WA0002 IMG-20140407-WA0004 IMG-20140407-WA0013

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın