Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinə yeni sədr seçildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2016 • Baxış sayı: 1,256 dəfə • 4 şərh

Bu gün Sumqayıt şəhər Bələdiyyəsinə sədr seçilib.

Bələdiyyənin mətbuat xidmətindən “sumqayitxeber.com”a verilən məlumata görə bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda Bələdiyyənin sədri məsələsi səsverməyə çıxarılıb. Bələdiyyə üzvləri yekdilliklə bu vəzifəyə Sultan Əsədovu seçib. 

Qeyd edək ki, S.Əsədov 1957-ci ildə anadan olub, Azərbaycan Neft-kimya İnstitutunun Sumqayıt filialının mexanika fakültəsini bitirib. 1974-cü ildən Sumqayıtda yaşayır. 1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə müdiri, 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.           
2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məlumat üçün bildirək ki, S. Əsədov 15 dekabr 2015-ci il tarixdən etibarən sədr əvəzi vəzifəsini icra edirdi.1461250485_13084232_10207205998082446_1747951062_n

Facebook Şərhləndirmə:

“Sumqayıt Bələdiyyəsinə yeni sədr seçildi” yazısına 4 cavab

  1. Sahib deyir:

    Gözəl insan, layiqli vətəndaş, qayğıkeş rəhbər olan Soltan müəllimə bu şətin və şərəfli vəzifədə uğurlar və Sumqayıt bələdiyyəsinin inkişafı naminə atacağı bütün addımlarda yeni-yeni nəaliyyətlər arzulayırıq.

  2. ELMIR deyir:

    SOLTAN Muellim sizi yeni isiniz munasibetile tebrik edirem. Size heyatda cansagligi uzun omur arzu edirem.butun QUBADLI ehalisi sizinle fexr edir. Allah sizi qorusun. Allah qaygikes icra bascimizada can sagligi versin.

  3. Mirzəyev Nəsrəddin Ağabala oğlu deyir:

    Sultan müəllim, Sizi yeni vəzifəyə təyin olunma munasibetile tebrik edirem. Size heyatda cansaglıgı, uzun ömur, işlərinizdə müvəffəqiyyətlər arzu edirem.Sizin kimi zəhmətkeş insana yalnız rəhbər vəzifələr yaraşır. UĞURLAR!!!

  4. Vuqar deyir:

    Sultan müəllimin nəsil-kökü barədə yaxşı sözlər eşitmişəm. Özü də deyəsən çörək verən kişidir, belələri işləsə yaxşıdır..

Şərhinizi yazın