Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin ağacları bar gətirir…

Müəllif: Sumqayitxeber.com • Tarix: 30 Avqust 2015 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

nar-2Ötən il oktyabrın sonlarında iməcilik keçirilərək, ilk abadlıq işlərinə başlanılmaqla Sumqayıtın girəcəyində, Bakı-Quba magistralı yaxınlığında salınan yeni yaşıllıq sahəsindəki nar kolları çiçək açaraq, sanki Bələdiyyə kollektivinə minnətdarlıq ifadəsi kimi bugünlərdə onlara ilk nübarını “hədiyyə” etmişdir.

Bələdiyyə kollektivi baxımsız qalmış, iri daş-kəsəklərlə dolu bu əraziyə cəmi 10 ay əvvəl gələrək, Sumqayıtın 65 illiyi ərəfəsində orada yaşıllıq sahəsi yaratmağa başlayarkən bəziləri bunu hədər zəhmət kimi qiymətləndirir, bunun heç bir fayda, bəhrə verməyəcəyini düşünürdü. Çünki kol-kos, daş-kəsək basmış, adi çala qazılması belə çətinlik törədərək, xeyli vaxt aparan, münbitliyi şübhə doğuran bir ərazidə ağac yetişdirilməsi həqiqətən də inandırıcı görünmürdü. Lakin Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayevin rəhbərlik etdiyi qətiyyətli kollektiv həmin günlərdə havaların əlverişsiz olmasına və hətta Bakı-Quba yolu ilə hərəkət edən sürücü və sərnişinlərin inamsız baxışlarına məhəl qoymayaraq, burada ardıcıl olaraq bir-neçə dəfə iməcilik keçirərək, 500-ə qədər müxtəlif ağac pöhrələri – alma, gilas ağacları, nar kolları və s. əkmişdilər. Əslində daha çox nar kollarına üstünlük verilmişdi. Bu da təsadüfi deyildi – axı, dadlı, zövq oxşayan Göyçay narı ilə yanaşı indi erməni işğalı altında qalmış Nüvədi kəndinin daşlı-qayalı yerlərində bitən narlar da çox dadlı və şirəli olurdu.
…Ötən ilin payızında bu ərazidə ilk dəfə işə başlayan Bələdiyyə kollektivi tərəfindən ilk növbədə əkiləcək ağaçların nizamlı şəkildə yerləşdirilməsi üçün sahədə müvafiq planlaşdırma-ölçü işləri aparılmış, torpaq daş-kəsəkdən təmizlənmiş, əraziyə münbit torpaq daşınaraq, sahə hamarlanmış və əkinə yararlı vəziyyətə salınmışdır. Əkilmış hər bir ağacın dibinə təbii gübrə verilmiş və vaxtaşırı olaraq sulanmışdır. Təzə əkilmiş ağaclara xüsusi diqqət və aqrotexniki qayğı göstərilməsinin nəticəsidir ki, pöhrələr nəinki yerə dərin kök ataraq, boy vermiş və hətta heç bir il keçməmiş bar verməyə başlamışdır.
Bu gün Bələdiyyə kollektivi növbəti dəfə iməciliyə çıxaraq, ağacları onların ətrafında əmələ gəlmiş alaq otlarından təmizləmiş və sulamışdır. Böyük zəhmət hesabına yaratdıqları yeni yaşıllıq sahəsində dörd saatdan artıq abadlıq işi aparan Bələdiyyə işçiləri cavan nar kollarının hələ zərif olan, bərkiməmiş budaqlarında qırmızı ulduz kimi açılmış nar çiçəklərini, bir neçə ağacda isə artıq yumruq boyda olan narları görəndə təəccüb və sevinclərini gizlədə bilməmişlər. Xüsusi olaraq əkmədikləri… yemiş və hətta iriləşmiş badımcanlarla rastlaşdıqda isə kollektivə bir şey tam əminliklə aydın olmuşdur – onların daşlı-kəsəkli, bərk gillə örtülmüş şoran torpağın münbitləşdirilməsi üçün çəkdikləri zəhmət hədər getməyib. Və əmin olaraq inandılar ki, çox yaxın illərdə onların yaratdıqları yaşıllıq sahəsi Sumqayıtın ekologiyasının yaxşılaşmasında müəyyən rol oynamaqla həm də daha bir gözəl Bələdiyyə parkına çevriləcək və o özünün boy verərək ucalan, bar verən, nar gətirən ağacları ilə göz oxşayacaq, Bakı-Quba yolu ilə gəlib-gedənlərdə xoş ovqat yaradacaqdır.

Rəhman ORXAN.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın