Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin sədr müavini üçqat Azərbaycan çempionu olub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2015 • Baxış sayı: 849 dəfə • Şərh yoxdur

zeyneb Bakının “Central” Park Hotelində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı sumqayıtlı şahmatçının – Sumqayıt Bələdiyyəsinin sədr müavini,  beynəlxalq dərəsəli qrossmeyster Zeynəb Məmmədyarovanın inamlı qələbəsi ilə başa çatıb.

Respublikamızın 20 qadın şahmatçısının qələbə uğrunda mübarizə apardığı yarışda o, 9 oyundan 7 xal toplayaraq növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Zeynəb Məmmədyarova bu titulu ilk dəfə 2001-ci ildə qazana bilmiş, 2007-ci ildə isə bir daha Azərbaycanın ən güclü şahmatçısı olduğunu sübut etmişdi.

Rauf Hacılının baş hakim olduğu, İsveçrə sistemi üzrə keçirilən respublika çempionatında hər biri 6 xal toplamış gənc şahmatçılar Nərmin Kazımova 2-ci, Nərmin Məmmədova isə 3-cü yeri tutublar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov respublika çempionatlının qaliblərini Azərbaycan Şahmat Federasiyası adından medallarla təltif edib, onlara turnirin mükafatlarını verib.

Yarışı uğurla başa vuraraq, 2015-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanmış qalib üçlük həm də Azərbaycanın Gənclər və İdman Nazirliyinin xüsusi diplomları ilə təltif olunub.

Azərbaycan şahmat məktəbinin tanınmış qadın nümayəndəsi, Avropa və Dünya çempionu Zeynəb Məmmədyarova Sumqayıtın məşhur şahmatçılar ailəsinin – Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla hələ 10 yaşında ikən atası Həbib müəllimin rəhbərliyi ilə məşğul olmağa başlayıb, ilk dəfə 2000-ci ildə 18 yaşlı qızlar arasında İspaniyada keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək, yaşıdları arasında dünyanın ən güclü şahmatçısı olduğunu sübut edib. Həmin il eyni zamanda Beynəlxalq Şahmat Olimpiadasının gümüş medalına layiq görülmüşdür. 2002-ci ildə 20 yaşadək şahmatçı qızlar arasında keçirilən Avropa çempionatının qızıl medalını qazanmağa nail olmuş Z.Məmmədyarova daha sonra Beynəlxalq Şahmat Olimpiadasının qalibi kimi də diqqəti cəlb edib.

Məlum olduğu kimi, Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər.

Zeynəb Məmmədyarova hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli yığma komandasının kapitanıdır.

zeyneb3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın