Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri Bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısında sədrlik edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur


1403518914

Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də “Kempinski Badamdar” otelində bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısı keçirilib.

 Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Administrasiyanın məsul işçiləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, respublikanın bütün bölgələrini təmsil edən 300-dən artıq bələdiyyə sədri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 Tədbiri Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev açaraq, toplantının gündəliyinin əsas mövzusu olan “Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” barədə qısa məlumat  vermişdir.

Ə.Babayev diqqətə çatdırmışdır ki, ikinci toplantıdan ötən dövrdə bələdiyyələrin həyatında bir sıra yeniliklər olmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, yerlərdə mövcud problemlərin araşdırılaraq həlli istiqamətində mühüm işlər görülmüşdür. Bu dövrdə bələdiyyələri narahat edən məsələlər milli assosiasiyaların daim diqqət mərkəzində olmuşdur. Qeyd edilmişdir ki, cari ilin aprelində Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının ayrılıqda keçirilmiş ümumi yığıncaqlarında görülmüş işlərlə yanaşı, bələdiyyələri narahat edən problemlərdən danışılmış, onların fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər irəli sürülmüşdür.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Milli assosiasiyaların əlaqələndiricisi Həzi Əkbərov hesabat məruzəsi ilə çıxış etmişdir.

Tədbirdə respublikanın ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və başqaları çıxış etmişlər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev toplantıda çıxış edərək, mövcud nöqsanlardan, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün zəruri tədbirlərdən danışmış və xüsusi olaraq vurğulamışdır ki, “yerli özünüidarəetmə orqanı olan bələdiyyələr ölkəmizin inkişafında daha əhəmiyyətli rol oynamalı, cəmiyyətdə layiq olduqları yeri tutmalıdırlar”

 
1403518986 1403518991

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın