Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri Fransada səfərdə olub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2015 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur
Share Button

konqres fotoƏbülfəz Babayev AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyasında iştirak edib.

 Bugünlərdə Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də üzvü olduğu Azərbaycan nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçirilən növbəti – 28-ci sessiyasında iştirak edib.

Konqresin plenar yığıncaqlarında və Yerli Hakimiyyətlər palatasında Yunanıstan, Norveç, Polşa və s. ölkələr üzrə yerli və regional demokratiyanın vəziyyəti müzakirə olunmuşdur. Tədbirlərdə əsas diqqət müxtəlif ölkələrdə keçirilən seçkilər zamanı müşahidə missiyalarının faktiki olaraq bu və ya digər ölkə xaricində yaşayan seçicilərlə bağlı üzləşdikləri problemlərin, yerli və regional seçkilər zamanı namizədlərin irəli sürülməsi şərtlərinə və prosedurlarına, yerli və regional orqanların öz ərazilərində radikallaşma hallarına qarşı mübarizəsinə və s. məsələlərə yönəldilib.

Sessiyada yerli hakimiyyətlərin yəhudi məzarlıqlarına görə məsuliyyəti ilə də bağlı  rezyume qəbul edilmişdir. Bununla əlaqədar qəbul olunmuş memorandumda yəhudi məzarlıqlarının Avropa mədəni irsinin bir hissəsi olduğu qeyd edilmiş,  məzarlıq və müqəddəs yerlərin, həmçinin digər dinlərin təhqir edilməsi faktları mühakimə olunub.

Təqdimat çıxışları zamanı Əbülfəz Babayev toxunulan məsələlərə münasibət bildirərək, C.Andreasın fikirlərini dəstəklələmklə yanaşı qeyd etmişdir ki, yerli özünüidarəetmə metodları Konqresin üzv ölkələrinin hamısında eyni formada ola bilməz. İdarəetmə strukturları, ictimai-siyasi vəziyyət (məsələn – Ukrayna respublikasında hərbi vəziyyət), iqtisadi inkişaf tempi nəzərə alınmaqla yerli özünüidarəetmənin uyğun forma və metodları  seçilməlidir. Təməl prinsipləri ilə yanaşı hər bir ölkə üçün özünəməxsusluqlar da olmalıdır. Bu baxımdan AŞ-nın Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq komissiyalarnın üzv dövlətlərdən eyni, identik idarəçilik strukturu  və formaları tələb etməsi və ya bir forma çərçivəsinə çəkməsi cəhdləri prinsipcə düz deyil və bu, işin səmərəli təşkilinə xidmət etmir. Ə.Babayev təklif etmişdir ki, gələcəkdə monitorinqlər  zamanı bu prinsip nəzərə alınsın.

Sessiyada həm də yaxın iki il – 2016 və 2017-ci illər üçün  Konqresin büdcə və resursları da əsas müzakirə mövzularından olmub.

Rəhman ORXAN.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın