Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri III Dünya Türk Forumunda iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2014 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasyasının sədri Əbülfəz Babayev III Dünya Türk Forumunda iştirak etmişdir

babayevTürk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Türkiyənin Ədirnə vilayətindəki Trakya Universitetində III Dünya Türk Forumu keçirilmişdir.

Forumunun açılış mərasimində  TASAM-ın sədri Süleyman Şensoy Dünya Türk Forumunun əhəmiyyətindən danışmışdır.

 Forum iştirakçılarını Ədirnədə salamlamaqdan məmnunluğunu ifadə  edən vilayət valisi Hasan Duruer Türkiyənin tarixi məkanlarından olan Ədirnə haqqında ətraflı məlumat verdi və III Dünya Türk Forumunun burada keçirilməsinin mühüm olduğunu qeyd etdi. Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Qənirə Paşayeva nitqinə Manisanın Soma mədənində baş vermiş faciə ilə əlaqədar Türk xalqına başsağlığını ifadə etməklə başladı və bu faciənin iki qardaş ölkənin və Türk dünyasının ortaq acısı olduğunu dilə gətirdi. O, Azərbaycanın ümummili lideri Heydər Əliyevin “Bir millət – iki dövlət”  və  Atatürkün “Azərbaycanın sevinci – sevincimiz, kədəri – kədərimizdir” sözlərini xatırladaraq, sevincimizin də, kədərimizin də  ortaq olduğunu qeyd etdi.

 babayev5Qənirə Paşayeva III Dünya Türk Forumunun açılış mərasiminin ölkəmiz üçün çox əlamətdar bir gündə – müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümü günündə keçirildiyini diqqəyə çatdıraraq, 28 May gününü Türk dünyası ölkələrindən gəlmiş qardaşlarımızla birgə qeyd etməyin böyük qürur verdiyini vurğulayaraq, bildirmişdir ki, Azərbaycanın milli bayramı bütün Türk dünyasının da bayramıdır və bu şərəfli günü birlikdə qeyd etməyimizin sevinci böyükdür. O, çıxışının sonunda gələn il belə bir  tədbirin işğaldan azad olunacaq Dağlıq Qarabağda, Şuşada və digər Azərbaycan torpaqlarında qeyd olunmasını arzulamışdır.

 Ədirnə valisi Hasan Duruer, TASAM-ın rəhbəri Süleyman Şensoy, Türk dünyasının hər yerindən gələn qonaqlar Azərbaycan nümayəndə heyətini təbrik etdilər və təbriklərini Azərbaycana çatdırmağı xahiş etdilər, müstəqilliyimizin əbədi olmasını, ölkəmizin bundan sonra da çiçəklənməsini, Azərbaycan və Türkiyənin, bütün Türk dünyasının hər zaman güclü və birgə olmasını arzuladılar.

babayev9Azərbaycan nümayəndə heyəti  Ədirnə valisi Hasan Duruer və TASAM başkanı Süleyman Şensoya Azərbaycan mədəniyyəti, həqiqətlərini özündə əks etdirən hədiyyələr, kitablar, filmlər hədiyyə etdilər.

 Tədbirdə bölmələr üzrə keçirilən yağıncaqlarda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasyasının və Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin “Türk dünyasının beynəlxalq turizm imkanlarının genişləndirilməsi” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.  XX əsrin ən müdhiş faciələrindən olan Xocalı soyqırımını, erməni vandalizmini bugünkü və gələcək nəsillərin unutmaması üçün Türk dünyası ölkələrinin bələdiyyə ərazilərində xatirə abidələrinin yaradılması ilə bağlı Ə.Babayevin təklifi yekdilliklə bəyənildi.

III Dünya Türk Forumunda Türk dünyasının 60-a yaxın ölkəsindən dövlət adamları, millət vəkilləri, nazirlər, diplomatlar, alimlər, mətbuat və qeyri-hokumət təşkilatlarının nümayəndələri, həmçinin  Azərbaycan tərəfindən millət vəkilləri Musa Qasımlı, Fərəc Quliyev, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və başqaları iştirak etmişlər.

babayev15

Facebook Şərhləndirmə:

Şərhinizi yazın