Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin üzvləri kimlərdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2015 • Baxış sayı: 1,098 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayevin vəzifəsindən uzaqlaşması ilə bağlı xəbər vermişdik.

“sumqayitxeber.com” 23 dekabr 2014-cü ildə keçirilən seçkilərdə bələdiyyəyə üzvü seçilən şəxslərin bioqrafiyasını təqdim edir. Gəlin, onları birgə tanıyaq.

Babayev Əbülfəz İsmayıl oğlu

Əbülfəz İsmayıl oğlu Babayev 20 sentyabr 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1972-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsini bitirmiş, təyinatla Sumqayıt Sintetik kauçuk zavodunda gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.

1982-83-cü illərdə S.Orconikidze adına Moskva Qırmızı Əmək Bayrağı Ordenli İdarəetmə İnstitutunun “Sənayetikinti və istehsalın təşkili” fakültəsini bitirmişdir.

1980-ci ildə Moskvanın D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq dissertasiyası müdafiə edərək, texniki elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Dövlət Neft Akademiyasının “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasının professorudur.

1983-2005 ci illərdə “Sintezkauçuk” İstehsalat Birliyinin baş mühəndisi, Etilen-Polietilen zavodunun direktoru, “Azərikimya” Dövlət Şirkətinin vitse-prezidenti vəzifələrində çalışmışdır.

1999-cu və 2004-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmiş, “Yerli iqtisadi inkişaf və yerli ekologiya məsələləri” daimi komissiylarının sədri olmuşdur. 2005-ci ilin avqust ayında 201-ci ilin Dekabr ayına kimi Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.


Əsədov Sultan Misir oğlu

Əsədov Sultan Misir oğlu 1957-ci ilin oktyabr ayının 9-da Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1972-1974-cü illərdə Bakı şəhəri kimya-biologiya  təmayüllü orta məktəbi bitirmişdir.1974-cü ildə Kimya Sənaye İstehsalat birliyində torrnaçı işinə qəbul olmuşdur.1979-cu ildə Azərbaycan Neft-kimya İnistitutunun Sumqayıt filialının mexanıka fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur.1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə  müdiri işləmişdir. 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt  Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir.


Məmmədyarova Zeynəb Həmid qızı

 

Məmmədyarova Zeynəb Həmid qızı 03oktyabr 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.2000-cı ildə Sumqayıt şəhər 23 saylı orta məktəbdə təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Beynalxalq Universitetinə qəbul olmuşdur. 2005-ci ildə ali təhsilini bitirmişdir.

Şahmat üzrə beynəlxalq qrossmeysterdir. 2000-ci ildə İspaniyada keçirilmiş 18 yaşadək qızlar arasında  dünya birinciliyində  qalib gəlmişdir.  2002-ci ildə Bakıda keçirilmiş 20 yaşadək qızlar arasında  Avropa  birinciliyinin qızıl mükafatçısı olmuşdur .2002-ci ildə Sloveniyada Ümumdünya Şahmat Olimpiadasında  öz taxtasında gümüş medala layiq görülmüşdür.

2003-cü ildə  Naxçıvanda  20 yaşadək qızlar arasında  Dünya birinciliyinin bürünc mükafatçısı olmuşdur.

2009 və 2014-cü  illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə  yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir.


      Akif Abbas oğlu Kərimov

Akif Abbas oğlu Kərimov 1954-cü ilin iyun ayının  22-də Gürcüstan  Respublikası  Marneuli  rayonunun Təzəkənd kəndində anadan olmuşdur.1971-ci ildə Marneuli şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Institutunu bitirmiş və inşaatçı -mühəndis ixtisasına yiyələnmişdir. 1981-ci ildə Moskva şəhər Beton və Dəmir – beton Elmi – Tədqiqat Institutunun aspiranturasını bitirmişdir.  Əmək  fəaliyyətinə “Sumqayıtkimyasənaye” istehsalat birliyində inşaatçı-mühəndis kimi başlamışdır.1979-cu ildə “Kimyasənaye” Istehsalat Birliyində 2-ci, sonra isə 1-ci dərəcəli  mühəndis –konstruktur vəzifələrində çalışmışdır.

1981-1983-cü illərdə Sumqayıt şəhər Xalq Nəzarəti Komitəsində inspektor, 1983-1987-ci illərdə Sumqayıt şəhər partiya komitəsində təlimatçı vəzifələrində işləyib, şəhər Partiya komitəsi bürosunun üzvü seçilmişdir.

1990-cu ildə Sumqayıt şəhər Partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib.
1987-ci ildən  Sumqayıt şəhər Xalq Deputatları Sovetinin deputatı və Sumqayıt şəhər  Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri müavini, Sumqayıt şəhər  Xalq Deputatları Sovetinin sədr müavini, 1996-cı ildən isə şəhər İcra hakimiyyətində məsul vəzifələrdə işləmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
1999,2004 və 2009-cu illərdə  Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.

2002-ci ildən Sumqayıt  Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmış və hal-hazırda Sumqayıt  Bələdiyyəsində yerli büdcə məsələləri  komissiyasının sədridir.

Yerli özünüidarə sahəsində Avropa Birliyinin  və  Dünya Bankının layihələrində uğurla iştirak etmiş,elmi-tədqiqat işləri hazırlamış beynəlxalq qurumların sertifikatlarına layiq görülmüşdür.


Həsənov Musa Süleyman oğlu

Həsənov Musa Süleyman oğlu 12 noyabr 1963-cü ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsində, daha sonra isə Sumqayıt şəhər Komsomol komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər məclisinin sədri vəzifələrində çalışmışdır. 1994-2014-cü illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2003-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2014-cü il dekabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülmüşdür. 2014-cü ilin dekabr ayının 23-də Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir.
1993-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvüdür.


Fəxrəddin Ağarəhim oğlu Rəhimov

Fəxrəddin Ağarəhim oğlu Rəhimov 1951-cı il fevral ayının 8-də Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. 1976-cı ildə  D.Bünyadzadə    adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və  statistika  ixtisasına  yiyələnmişdir.

1973-cü ildə “Sintezkauçuk”  zavodunda ictimai iaşə trestində bufetçi, 1978-ci ildən isə “Sintezkauçuk”  zavodunda Fəhlə Təchizatı  Idarəsinin rəisi vəzifəsində işləmişdir.

1990-1995-ci illərdə Sumqayıt  Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
2004 və 2009-cu illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir. Hal-hazırda yerli iqtisadi inkişaf məsələləri  komissiyasının sədridir.


Salmanov Yusif  Zahid oğlu

Salmanov Yusif Zahid oğlu 15 fevral 1951-ci ildə Əlı Bayramlı rayonunun Moranlı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1990-cı ilin fevralından Sumqayıt şəhər 49 saylı Texniki peşə məktəbində usta və müəllim, Sabirabad rayonunun kənd məktəbində müəllim, Sabirabad rayon Partiya komitəsində təlimatçı, Muğan kolxoz Partiya komitəsinin katibi, daha sonra isə Sumqayıt şəhərinin 28 və 4 saylı orta məktəblərində tarix müəllimi işləmişdir. 1998-2006-cı illərdə qısa fasilələrlə Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər şöbəsinin sədri olmuşdur. 1989-1992-ci illərdə AXC Ali Məclisinin üzvü və Ali Məclis sədrinin müavini seçilmişdir. 1999-cu il dekabrın 12-də bələdiyyə seçkilər zamanı AXCP Sumqayıt şəhər şöbəsi tərəfindən namizədliyi irəli sürülərək, Sumqayıt şəhər bələdiyyəsinə üzv seçilmiş, Bələdiyyənin yerli xidmət məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
2006-cı ildən 2012-ci ilin 31 dekabrınadək “Vətəndaş Həmrəyliyi” Partiyasının (VHP) Sumqayıt şəhər təşkilatının sədri olmuşdur. 2006-cı ildən həmin partiyanın Siyasi şurasının üzvü, 02.01.2013-cü ildən isə sədr müavinidir.
2009-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv və “yerli ekologiya məsələləri” komissiyasının sədri seçilmişdir. 23 dekabr 2014-cü il tarixində yenidən Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.


Hüseynov  Ramiz Gülmalı oğlu

Hüseynov Ramiz Gülmalı oğlu 24.06.1950-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Sumqayıt şəhər 12 sayl orta məktəbi, 1979-cu ildə isə Moskvada Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1968-ci ildə ictimai iaşə müəssəsində başlamışdır. 1979-cu ildə Bakı şəhər 2 saylı Çörək kombinatında təchizat şöbəsinin müdiri vəzifəsində başlamış, 1993-1999-cü illərdə isə Gömrük komitəsində böyük inspektor vəzifəsində işləmişdir. 1999-cu ildən 2012-ci ilə qədər Əmlak komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.


Hacıyev Məmməd Faiq oğlu

Hacıyev Məmməd Faiq oğlu 1986-cı il 20 avqust tarixində Naxçıvan Muxtar Respublikasının  Ordubad rayonu Üstüpü kəndində  anadan olmuşdur. 2003-ci ildə orta təhsilini Sumqayıt şəhər 13 saylı orta məktəbində bitirib və “Odlar Yurdu”  Universitetinin mühəndis ekologiya fakultəsinə  qəbul olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2009-cu ildə Sumqayıt Bələdiyyəsinə  üzv seçilmişdir.


Cavadov İlqar Abbas oğlu

Cavadov İlqar Abbas oğlu 16 iyul 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1985-ci ildə Sumqayıt şəhər 10 saylı orta məktəbini, daha sonra isə “Odlar Yurdu” Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1989-cu ildə başlamışdır. 1994-cü ildən 2014-cü ilə qədər Dövlət orqanında çalışımışdır. 2014-cü ildən “Bərəkət-2014” firmasında sahibkar kimi fəaliyyət göstərir. 23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.

 


İbrahimov Raqif Tapdıq oğlu

İbrahimov Raqif Tapdıq oğlu 20 aprel 1962-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Göl kəndində anadan olmuşdur. 1979-cu ildə Gölkənd orta məktəbində təhsil almış, 1984-cü ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışır. 17 dekabrın 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.


Səlimov Elbrus Eldar oğlu

Səlimov Elbrus Eldar oğlu 21 may 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2002-ci ildə Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbin 9-cu sinfini, 2006-cı ildə Sumqayıt şəhər Musiqi texnikumunu, 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmişdir. 2007-2010-cu illər ərzində Səid Rüstəmov adına Sumqayıt şəhər 3 saylı İncəsənət məktəbində tar müəllimi işləmişdir. 2010-ci ildən etibarən YAP-ın Sumqayıt şəhər təşkilatının İcra aparatında təlimatçı vəzifəsində çalışır.
23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.

 

Vidadiyeva Kifayət Vidadi qızı

Vidadiyeva Kifayət Vidadi qızı 1954-cu ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1973-cü ildə Sumqayıt şəhər Tibb texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. M.M.Əfəndizadə adına “Əmək gigiyenası və peşə xəstəlikləri” Elmi-tədqiqat İnstitutunda baş laborant, kiçik elmi işçi, həkim-laborant işləmişdir. 1994-cü ildən Təcili Tibbi Yardım Xəstəxanasında həkim-laborant vəzifəsində çalışır. 1994-cü ildən YAP-ın üzvüdür. Sumqayıt şəhər YAP Qadınlar şurasının sədr müavinidir. 23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.

 


Məmmədzadə Elvin Məharət oğlu

Məmmədzadə Elvin Məharət oğlu 01.01.1987-ci ildə anadan olmuşdur. 2004-cü ildə Sumqayıt şəhər 26 saylı orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” fakültəsinə daxil olmuşdur. Əmək fəaliiyətinə 2006-cı ildə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-də başlamışdır. Hal-Hazırda Azərenerji ASC “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC- nin (REŞ) Abonentlərə xidmət şöbəsinin rəisidir. O cümlədən “Sumqayıt REŞ” MMC-nin Abonent şikayətlərinin araşdırılması komissiyasının və “Sumqayıt REŞ” MMC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədridir. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəalıdır. Yeni Azərbaycan Partiyasının V Qurultayının, Sumqayıt Gənclərinin VII Konfransının və Respublika Gənclərinin VII Forumunun iştirakçısıdır.
23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir


Əhmədova Aygün Nizami qızı

Əhmədova Aygün Nizami qızı 2 may 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə bakalavr, 2008-ci ildə magistr təhsilini başa vurmuşdur. 2009-ci ildən Təbiət Elmləri Təmayüllü Gimnaziyada biologiya müəllimi vəzifəsində çalışır. 2012-2013-cü il tədris mövsümündə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri kimi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə mükafata layiq görülmüşdür.
23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.


Dəmirov Fərid İslam oğlu

Dəmirov Fərid İslam oğlu 19 dekabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər 27 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə Azərbaycan Sənaye İnstitutunun idarəetmənin avtomatlaşdırılması fakültəsini bitirmişdir. 01 iyul 1999-cu ildə “Azərikimya” DŞ-nin “Etilen-Politilen” zavodunun nəzdində yaradılan TQİ-nin metroloji təminat sexində usta vəzifəsində işləyib. 01 sentyabr 2000-ci ildə “Etilen-Polietilen” zavodunun maliyyə şöbəsində I dərəcəli mühəndis işləyib. 16 iyul 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakultəsinə daxil olub və 2004-cü ildə iqtisadçı ixtisasına yiyələnib. 2004-cü ildə “Etilen-Polietilen” zavodunda STN şöbəsində satış üzrə, 01.07.2004-cü ildən yenidən maliyyə şöbəsində aparıcı mühəndis vəzifəsində calışıb. 14.05.2009-cu il tarixindən Texniki şöbədə “Beynəlxalq layihələrdə iqtisadi analiz” üzrə rəis müavini vəzifəsində işləyib. 19 may 2010-cu il tarixdən ARDNŞ-in “Azərkimya” İB-də Sosial inkişaf şöbəsində mühəndis vəzifəsində çalışmışdır.
24.04.2011-ci ildən etibarən Milli Məclis deputatının köməkçisi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir


Talıbova İradə Qəzənfər qızı

Talıbova İradə Qəzənfər qızı 30 noyabr 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt şəhər 24 saylı orta məktəbi, 2010-cu ildə isə Sumqayıt Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Hazırda “Təfəkkür” litseyində informatika və kompüter texnologiyası üzrə laborant vəzifəsində çalışır. 23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.


Qiyasova Günel Xanbala qızı

Qiyasova Günel Xanbala qızı 20.08.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İlk təhsilini Sumqayıt şəhər 13 saylı orta məktəbdə almış, 2003-cü ildə 36 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2008-ci ildə oranı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 2012-ci ildən Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində müəllimə işləyir. 2012-ci ildən Sumqayıt gənc müəllimlər şurasının üzvüdür.
2006-cı ildən YAP-ın üzvüdür.
23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın