Menu
Geri İrəli

Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 8,838 dəfə • 10 şərh

Mükafatı qəbul etmək üçün Madriddə səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov AZERTAC-ın müxbirinə məlumat verib ki, dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri – “Global Trade Leaders Club” tərəfindən 2016-cı ilin yekunlarına görə konsaltinq məlumatları, internet və münsiflər səsverməsi ilə Avropa, Asiya, Amerika və Afrika ölkələrindən İKT, qida sənayesi, məişət avadanlığı, nəqliyyat və logistika, inşaat, memarlıq və şəhərsalma, mebel, tibbi müayinə və farmaseptika, istirahət və əyləncənin təşkili və s. sahələr üzrə fərqlənən müəssisələrə müxtəlif nominasiyalarda qızıl, gümüş və bürünc mükafatlar, həmçinin fəxri diplomlar təqdim olunub.

Mərasimə İspaniyanın hökumət nümayəndələri, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşları, dünyanın tanınmış biznes strukturlarının rəhbərləri qatılıb.

Sumqayıt Bulvarının təqdimatı zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Sumqayıt şəhəri və xüsusilə də bulvarı barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Qeyd edilib ki, Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilməkdədir.
Monitorda Sumqayıt Bulvarının möhtəşəm görüntülərinin müşayiəti ilə çıxış edən Teymur Səmədov mərasim iştirakçılarını Sumqayıt şəhər icra hakimiyyətinin başçısı adından salamlayıb, bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirmiş, Sumqayıt şəhəri və xüsusilə də Sumqaylt bulvarı barədə ətraflı məlumat verib. Natiq qeyd edib ki, Sumqayıt şəhəri son illər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyəsi, şəhər icra hakimiyyətinin  başçısı Zakir Fərəcovun səriştəsi və qətiyyəti nəticəsində müasir layihələr əsasında yenidən qurulur və dünyanın ən gözəl turizm məkanlarından birinə çevrilməkdədir.

Qeyd edək ki, mükafatçılar sırasında Fransanın “Avebe France”, Yunanıstanın “Epexyl”, Portuqaliyanın “Jnelson Abreu”, Braziliyanın “Santa Lucia S/A”, Malayziyanın “Mutiara Teknologi Sdn”, Qananın “Ecobank group”, Türkiyənin “Gazdaş GDGD” kimi məşhur müəssisələri də yer alıb.

img308 img311 img312

2a5ef84d-c768-4273-8dda-451d7178e670

14991558161494934012_1000x6691499155816426235927_1000x669

14991558166276622364_1000x669

Facebook Şərhləndirmə:

“Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb” yazısına 10 cavab

  1. Ayaz Mirzəyev deyir:

    Sumqayıt Bulvarı ən gözəl adlara layiqdir! Zakir müəllim qısa müddətdə Sumqayıtda möcüzə yaratdı!

  2. Elçin deyir:

    Bulvarımız həqiqətən çox gözəldir. Adam zövq alır bulvarda gəzdikcə.

  3. Vəfa deyir:

    Əvvəllər qonaq gələndə bilmirdik hara aparaq. İndi qonaqlar özləri deyir ki, gedək bulvara. Çox gözəldir bulvarımız. Qurub yaradanlara eşq olsun.

  4. Ali Memmedli deyir:

    Sumqayit Bulvarinin bu nukafata layiq gorulmesi bir sumqayitli olaraq bizleri cox sendirdi. Hormetli Zakir muellimin Sumqayitda heyata kecirdiyi butun lahiyeler eminem ki, dunyanin en nufuzlu mukafatlarina layiqdir. Son iki ilde bizi sumqayitli olmagimizla fexr etmeye sovq eden bascimiza tesekkurumu bildirirem, Ugurlmriniz davamli olsun hormetli Bascimiz!

  5. Seva deyir:

    Sumqayit bulvari daha yuksek mukafatlara layiqdir.

  6. yegane deyir:

    Cox gozel bulvarimiz var. Heqiqeten de gezmeye, gormeye deyer

  7. Gülşən Həsənli deyir:

    Bulvarımız möhtəşəmdir. Şənbə bazar günü adam əlindən yer olmur. İnanıram ki, şəhərimiz daha da gözəlləşəcək.

  8. İbrahim heydərli deyir:

    Sumqayıtda görülmüş hər bir iş beynəlxalq mükafata layiqdir. Şəhərimiz günü gündən gözəlləşir. Zakir müəllimə Allah can sağlığı versin!

  9. Ramin deyir:

    Möhtərəm prezidentimiz cənab İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının ilk beynəlxalq uğuru bütün sumqayıtlıların ürəyincə oldu. İnanırıq ki, hörmətli İcra Başçımız Zakir müəllimin bizə bəxş etdiyi Sumqayıt Bulvarı bundan sonra yeni-yeni beynəlxalq mükafatlara layiq görüləcəkdir!

  10. Mahir Gulehmedov deyir:

    yuxarida koment yazan azer babayev utanmadan ele sozler yazir, cox cox ayib olsun. eger o bulvarda bir gozellik gore bilmirsen demeli problemi var.

Şərhinizi yazın