Menu
Geri İrəli

Sumqayıt bulvarı şəhər sakinlərində məmnunluq yaradır

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2017 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur
Share Button

592885b43987160bfd0177d1cfa133a6

Ötən əsrin 40-cı illərində Azərbaycanın inzibati xəritəsində Sumqayıt adlı yeni bir şəhər yarandı. Qədim tarixə malik olmasa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insan zəhmətinin həqiqətən də xariqələr yaratdığının bariz ifadəsidir. Bu şəhərə çox zaman gənclər şəhəri də deyirlər. Sumqayıta qayğı və diqqət ötən əsrin 70-ci illərindən başlayaraq bir qədər də artdı. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublika həyatının hər sahəsinin inkişafına təsir etdi.

Elə bil insanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa qoşulmuşdular. Sumqayıt 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, dünya miqyasında tanınan ünvana çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yeri oldu. Həmin dövrdə boz çöllərdən çoxsaylı yaşayış binaları və sənaye müəssisələri ilə seçilən iri bir yaşayış məntəqəsinə çevrilib inkişaf edən ikinci bir şəhər tapmaq olmazdı.
O vaxtdan onilliklər keçib və indi Sumqayıt artıq Azərbaycanın aparıcı şəhərlərindən biridir. Bu gün isə o, yeni inkişaf dövrünü yaşayır. Bakının bir addımlığında yerləşən və paytaxtla sanki bir inkişaf yarışına girən Sumqayıtda müxtəlif təyinatlı layihələr həyata keçirilir. Şəhərin inkişafı çoxşaxəlidir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial obyektlər, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rollardan birini oynayır.
Bu gün artıq respublikada qəbul edilən Sumqayıt üslubu mövcuddur. Burada həyata keçirilən hər bir iş beynəlxalq standartlara söykənir. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısına, şəhər rəhbərliyinin prinsipiallığına söykənir.
Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açığını deyək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi. Bu gün Sumqayıtda təmir edilən parklar, fasadları dəyişdirilən binalar, istirahət guşələri şəhər əhalisinin məmnunluqla qarşıladıqları haldır.
IMG_5483

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. 4,2 kilometr uzunluğunda 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.
Bulvar kompleksində salınan yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaq. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib.
Ərazidə Bayraq Meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılır.
DSC_0012

Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 500-dən çox yeni iş yeri açılıb.
Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.
Xəzərin sahilində yerləşən Sumqayıtın xüsusilə dənizə yaxın yerləri küləkli olur. İstər isti yay günlərində, istərsə də digər fəsillərdə buranın havası digər ərazilərdən fərqlənir. İsti yay axşamlarında da, yağışlı, qarlı günlərdə də eyni həvəslə gəzintiyə çıxan bir çox insanlarla rastlaşmaq mümkündür. Əvvəllər bəzən sumqayıtlılar gəzmək üçün Bakı bulvarına yollanardılar. Artıq sumqayıtlılar istirahət üçün öz doğma bulvarlarına üstünlük verirlər.
Hazırda bulvarda payız və qış mövsümünə hazırlıq görülür. Obyektlərin çoxunda istilik sistemləri yoxlanılır, sınaqdan keçirilir.
Sumqayıtlılar gəzintiyə çıxmağı çox sevirlər. Bu, onların bir növ ənənəsidir. Hər axşam bulvar boyu dolaşan insanlarla rastlaşmaq mümkündür. Bir ənənə də odur ki, bulvarda tanış olmayan insanlar da bir-birini görəndə salamlaşmağı xoşlayırlar. Bu da zəhmətkeş Sumqayıt sakinlərinin həm də mehriban və istiqanlı olduğunu göstərir.

Akif ƏLİYEV,
“Azərbaycan”

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın