Menu
Geri İrəli

Sumqayıt bulvarında bayrağımız ucaldıldı – FOTO (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2016 • Baxış sayı: 4,171 dəfə • 1 şərh
Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra qısa müddət ərzində Sumqayıt şəhərində bulvar salınacağını vəd etmişdi. Çox keçmədən ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə başlanılan tikinti işləri sürətlə davam edir.  Hazırda bulvarın bir kilometrlik hissəsində işlər tamamlanmaq üzrədir.
Artıq  bulvarda yeni yaradılan bayraq meydanında da işlər yekunlaşmaq üzrədir. 
Bulvarda  ucaldılan bayraq dirəyinin hündürlüyü 40 metrdir. 

Qeyd edək ki, bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər  üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır. Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra  şəhərin simasını tamamilə dəyişəcək.

sumqayitxeber.com bulvardan hazırlanan reportajı təqdim edir:

13335412_1627621977557615_1020470387_n 13336340_1627620944224385_259488133_n

Facebook Şərhləndirmə:

“Sumqayıt bulvarında bayrağımız ucaldıldı – FOTO (VİDEO)” yazısına bir cavab

  1. Ferecli Ramil deyir:

    Hormetli Zakir muellim size minnetdariq , gozel seherimizi bu goz oxsayan ana catdirmisiz , Sumqayit her zaman sizinledir v’ bize qelbimiden gelen arzulari reallasdirdiz/ Tesekkurler

Şərhinizi yazın