Menu
Geri İrəli

Sumqayıt bulvarından reportaj – FOTOSESSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2016 • Baxış sayı: 563 dəfə • 2 şərh

Sumqayıt şəhərindəki unikal təbii şəraiti ilə seçilən dənizkənarı park tezliklə müasir bulvara çevriləcək. 

Zakir Ferecov-bulvar1

Tikintisinə bir neçə ay öncə başlanılan dənizkənarı bulvar kompleksində görülən inşaat işlərinin həcmi xeyli genişləndirilib. Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda hazırda beton konstruksiya, bənd divarlarının salınması işləri sürətlə aparılır.

Qeyd edək ki, Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Bütün bu işlərin iki ilə başa çatdırılması planlaşdırılır.

 sumqayitxeber.com dənizkənarı bulvardan hazırladığı fotoreportajı təqdim edirik: 

DSC_0260 1 00000302 00000301 00000299 00000294 00000293 00000278 00000281 00000284 00000285 00000287 00000292 00000277 00000252 00000250 00000249


ZAKIR-ERECOV-bulvar

Bulvardan son VİDEO GÖRÜNTÜLƏR:

 

Facebook Şərhləndirmə:

“Sumqayıt bulvarından reportaj – FOTOSESSİYA” yazısına 2 cavab

  1. Samir Eliyev deyir:

    Mirze Aslanov, deyəsən neçə ildir SUmqayıtda olmursunuz. Bulvarda Eldar Əzizov heç bir iş görməyib. Onun işi ancaq dağıtmaq idi

  2. Günay deyir:

    Sağ olsun Zakir müəllim! Gələndən şəhərimizdə canlanma var! Bulvarımız da inanıram ki, tezliklə istifadəyə verilər! Gənclər şəhəri üçün bulvar çox önəmlidir.

Şərhinizi yazın