Menu
Geri İrəli

Sumqayıt bulvarından son görüntülər – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 17,802 dəfə • 5 şərh
Share Button

sumqayitxeber.com xəbər portalı Sumqayıt Dənizkənarı Bulvarından fotoreportaj hazırlayıb.  

Zakir Ferecov esas foto

Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişəcək.

Ölkə başçısının tapşırığına əsasən Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq.

Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb.

Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Bütün bu işlərin iki ilə başa çatdırılması planlaşdırılır.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda hazırda beton konstruksiya, bənd divarlarının salınması işləri sürətlə aparılır.

Bulvardan son görüntüləri təqdim edirik:

sumqayitxeber.com

 

IMG_0572 IMG_0578 IMG_0579 IMG_0586 IMG_0587 IMG_0588 IMG_0592 IMG_0596 IMG_0597 IMG_0599 IMG_0601 IMG_0602 IMG_0604 IMG_0609 IMG_0610 IMG_0611 IMG_0613 IMG_0615 IMG_0629 IMG_0630

image-11-04-16-01-00-3 image-11-04-16-01-00-4 image-11-04-16-01-00-6 image-11-04-16-12-49-1 image-11-04-16-12-49-3 image-11-04-16-12-49-5 image-11-04-16-12-49-6 image-11-04-16-01-00-2

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt bulvarından son görüntülər – FOTOLAR” yazısına 5 cavab

  1. Sadiq deyir:

    Her sey cox gozel olacagina eminik ama orda baliq tutmaq ucun serait yaratsaydilar cox ela olardi.hemise kohne geminin yaninda tuturduq ora cox gozel istirahet yeridi yene o yeri baliq tutanlar ucun duzeldilseydi minnetdar olardiq.

  2. Nermin deyir:

    Allah komeyinizde olsun. Tewebbus ireli suren ve emeyi kecen insanlardan Allah razi olsun.gorun weher nece gozellewib .hele iwler gedr.iwiniz avand olsun.Amin.

  3. Vahid deyir:

    Xeyirli olsun. Kolgelik ucun agaclar ekilse daha yaxish olar mence.

  4. Adil m. deyir:

    Zakir müəllimin başladığı bütün işlər təqdirə layiqdir.Cənab prezidentin Zakir müəllimin Sumqayıta başçı təyin etməsi uzaqgörənlik kimi qiymətləndirilməlidir.Qisa müddət ərzində şəhərdə görülmüş işlər bunun parlaq nümunəsidir.
    Gəlin kömək etmiriksə, heç olmasa mane olmayaq!

  5. Ferecli Ramil deyir:

    Hemise temizliye can atn Sumqayit seheri sukur Zakir muellimin sayesinde heyata kecirilir

Şərhinizi yazın