Menu
Geri İrəli

Sumqayıt cümə məscidinin axundu Rüstəm İbrahimbəyov haqqında deyilənləri dandı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2013 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur

 

“R.İbrahimbəyovun əleyhinə çıxışlardan xəbərim yoxdur… Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayacaq”

Sumqayıt cümə məscidinin axundu Hacı Rauf Sərdarov Rüstəm İbrahimbəyov barədə dediklərini boynundan atıb. Avropa.info-ya açıqlamasında Hacı Rauf məsciddə Rüstəm İbrahimbəyov haqqında səsləndirilən fikirlərdən xəbərdar olmadığını deyib.

“Dini etiqad azadlığı haqqında” AR qanununun məsciddə siya təbliğatı qadağan etməsini Hacı Raufa xatırlatdıqda onun cavabı belə olub: “Biz ora yığılmışdıq ki, məscidin tikintisində yardımına görə cənab prezidentə minnətdarlığımızı bildirək. Eldar Əzizovun məsciddə siyasi təbliğat aparmasından və Rüstəm İbrahimbəyovun əleyhinə çıxışlardan xəbərim yoxdur”.

Daha sonra Hacı Rauf “mən sizə sonra zəng edərəm” deyə telefonu söndürüb. Bir müddətdən sonra Hacı Rauf Avropa.info-nun mobil telefonuna “vızov” atıb və sayt əməkdaşının zənginə cavab olaraq deyib ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin bəyanatı yayılıb: “Orada məsələyə aydınlıq gətirilib. Qafqaz Müsəlmanları İdarəsinin saytında bəyanata baxa bilərsiniz”. Amma bunun ardından Hacı Rauf dərhal əlavə edib ki, bəyanatı bu gün yox, sabah oxuya bilərsiniz. Yəni Qafqaz Müsəlmanları İdarəsi sabah məsələ ilə bağlı bəyanatla çıxış edəcək.

Xatırladaq ki, məsciddəki mollalardan biri Rüstəm İbrahimbəyovun “donuz əti yeyən kafir” olduğunu əsas gətirməklə onun prezidentliyə namizədliyinə qarşı çıxıb. Çıxışın videoyazısı telekanallarda yayımlanıb.

avropa.info

Facebook Şərhləndirmə:

Şərhinizi yazın