Menu
Geri İrəli

Sumqayıtda turistlər üçün nə təklif olunur? – İLK DƏFƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2016 • Baxış sayı: 1,348 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tezliklə şəhər və ölkə daxili tur səyahətlərinə start verir!

Tur səyahətləri zamanı səyahətçilərimiz şəhərimizin gəzməli, görməli yerlərini ziyarət etmək və istirahətlərini faydalı keçirmək imkanlarına malik olacaqlar.

Təklif edilƏn yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı,  şəhər teatrı və s. daxildir.

Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Qeyd edək ki, şəhid ailələri üçün xidmət pulsuzdur.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi həmçinin ölkə daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər təklif edir.

Təklif edilƏn yerlər sırasına Bakı və Bakı ətrafı, eyni zamanda Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Lahıc və digər bölgələrimiz daxildir. Bölgələrə tur səyahətləri 9 AZN dən (məsafəsindən asılı olaraq) başlayaraq 30 Azn-ə qədər müəyyən olunub.

Qeyd edək ki, sifariş əsasında respublika ərazisindəki ziyarətgahlara da səfər təşkil olunur.

 Sifariş etmək üçün aşağıdakı əlaqə nömrələrinə və internet ünvanlarına müraciət edə bilərsiniz. Sifarişlər fərdi və kollektiv şəkildə qəbul olunur.

Ünvan: Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12

Tel: 018 655 49 87, 077 481 07 09, 055 771 44 41
E-mail: sumqayit.dct@gmail.com

1462189796_13115306_1610096319310181_1218956104_n 1462189771_13152776_1610096322643514_2122662223_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın