Menu
Geri İrəli

“Sumqayıt Dəmir Yolu” yoxsa “Məcburi köçkün yataqxanası”?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2014 • Baxış sayı: 1,139 dəfə • Şərh yoxdur

140424093653_sumgayit_train_station_8_624x351_bbcBəlkə də çoxlarınızın bu yer haqda xəbəri yoxdur. Mənim də xəbərim yox idi ta ki, gedib oraları görənə kimi.

Sizlərə Sumqayıt Dəmir yolunun qatarları, işçiləri, endirimli bilet satışı haqqında deyil, həmin stansiyanın binasında 20 ildən artıq məskən salmış 30-dan çox ailənin ümumi görüntüsünü göstərməyə çalışacam.

Keçim əsas mətləbə.

Stansiyanın birinci mərtəbəsi, sərnişinləri qəbul etmək üçündür. Yəni kassirdən tutmuş gözləmə zalına kimi hər şey var.

İkinci və üçüncü mərtəbələrində isə, məcburi köçkünlər yurd salıb.

 

Sumqayıt Dəmiryolu Vağzalı

 

Sumqayıt Dəmiryolu Vağzalı

 

Sumqayıt Dəmiryolu Vağzalı

 

20 kvadratlıq bir otaqda dörd-beş nəfər insan yaşayır. Təsəvvür edin, qonaq otağı, yataq otağı, mətbəx hamısı bu 20 kvadratdadır.

Hələ bəzi otaqlarda pəncərə belə yoxdur. Ümumi hamam, ensiz dəhliz, üstüaçıq elektrik naqilləri və s.

Otaqlar kiçik olduğundan bəzi ailələr, yeməklərini dəhlizdə hazırlayır.

Sumqayıt Dəmiryolu Vağzalı

 

Sumqayıt Dəmiryolu Vağzalı

 

Sumqayıt Dəmiryolu Vağzalı

 

İşıq daimi olsa da qaz ümumiyyətlə yoxdur. Ona görədir ki, sakinlər elektrik peçindən istifadə edir. Su isə müəyyən fasilələrlə verilir.

Bəzi əşyalar çox darısqallıq yaratmasın deyə dəhlizə qoyulur və oradan istifadə olunur. Elektrik peçi, samovar, ayaqqabılar, dəhliz boyu sərilmiş paltarlar və s.

Üçüncü mərtəbədəki hər evdə ayrı-ayrı tualet hamam olsa da, ikinci mərtəbədə cəmi bir tualet və hamam var.

Mənim sadaladıqların problemin çox kiçik bir hissəsidir.

Bütün bu olaylardan isə sakinlərin dediyinə görə, Sumqayıt İcra Hakimiyyətinin xəbəri var və İcra Hamiyyətindən onlara deyiblər ki, “qısa zamanda yeni mənzillərə təmin olunacaqsınız”.

Sakinlər deyir ki, bu sözü düz iki ildir ki, sadəcə eşidirlər…

Sumqayıt Dəmiryolu Vağzalı

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın