Menu
Geri İrəli

Sumqayıt dəmiryolu sərnişin stansiyasından FOTOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2015 • Baxış sayı: 1,037 dəfə • Şərh yoxdur

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt dəmiryolu sərnişin stansiyasında söküntü işləri davam edir. Platformanın sentyabrda hazır olması planlaşdırılır.

İnzibati binada söküntü işləri yekunlaşdıqdan sonra həmin yerdə 2 mərtəbəli müasir standartlara uyğun vağzal tikiləcək. Vağzalın 1-ci mərtəbəsi sərnişinlərə xidmətinə veriləcək.

Qeyd edək ki, stansiyada yaşayan 40 məcburi köçkün ailə köçürülüb, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrılıb.

Bu gün Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna da başlanılıb.

Hazırda Sumqayıt dəmiryolu sərnişin stansiyasına gedən yollarda da əsaslı təmir işləri aparılır.

Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunub. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.

sumqayitxeber.com

IMG_3334 IMG_3335 IMG_3337 IMG_3340 IMG_3345 IMG_3346 IMG_3347 IMG_3350 IMG_3351 IMG_3352 IMG_3353 IMG_3355 IMG_3356

Facebook Şərhləndirmə:

Şərhinizi yazın