Menu
Geri İrəli

Sumqayıt dövlət büdcəsindən dotasiya alacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

Hər il dövlət büdcəsi təsdiq olunanda millət vəkilləri şəhər və rayonlara mərkəzdən daha az vəsaitin ayrılması üçün öz təkliflərini irəli sürürlər. Bununla belə Gəncə şəhəri hələ dövlət büdcəsindən dotasiya alan şəhərlər sırasındadır.

Hər il dövlət büdcəsində mərkəzləşdirilmiş xərclərdən yerli xərclərə daha az vəsaitin ayrılmasına çalışılır. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ötən il yalnız 1 rayona mərkəzdən vəsait ayrılmayıb.

Vahid Əhmədov- millət vəkili: “2012-ci ildə yalnız Abşeron rayonu idi ki, mərkəzdən ona heç bir vəsait ayrılmırdı. Yalnız yerli gəlirlər hesabına bütün iqtisadi inkişafını təmin edirdi. Çox böyük tikintilər aparırdı. 2013-cü ildə bu rəqəm 3-ə çatdı. Abşerondan başqa, Sumqayıt və Şirvan şəhəri bu siyahıya daxil oldu. Ümumi götürdükdə bizim istəyimiz odur ki, rayonların əksəriyyəti özünü təmin edə bilsin. Yəni mərkəzdən vəsait almasınlar”.

sumqayit-30

Facebook Şərhləndirmə:

Şərhinizi yazın