Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti ABŞ universiteti ilə birlikdə…

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2013 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universiteti (SDU) ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılıb. Belə ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Nadir Qəhrəmanovun təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU-nun professor-müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün dəvət edilib.

Təcrübə mübadiləsi ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində reallaşdırılır. İki həftə ərzində davam edəcək təlim proqramında “Təhsilin qiymətləndirilməsi” mövzusunda silsilə xarakterli 6 mühazirə və seminar təşkil ediləcək.

Təlimlərin ilk günündəki çıxışı zamanı professor L.Palmer bildirdi ki, mühazirə və seminarların məqsədi yeni təcrübələrin tətbiqinə yardım etmək, qarşılıqlı olaraq təcrübə mübadiləsini genişləndirməkdir.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın