Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti sizi gözləyir, əziz tələbələr!

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2012 • Baxış sayı: 308 dəfə • 1 şərh

SDU-nun yeni tələbələri üçün

 

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi bu il də xaricdən və ölkəmizin uzaq bölgələrindən çox sayda tələbələr Sumqayıt Dövlət Universitetində təhsil almaq üçün şəhərimizə üz tutacaq.

Yəqin ki, SDU-nun yeni tələbələrinə universitet barədə məlumatlar maraqlıdır. Odur ki, SDU-nun mətbuat xidmətinin bu məqsədlə hazırladığı materialı sizlərə tədim edirik:

 

Sumqayıt Dövlət Universiteti 13 iyun 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Təhsil Sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı tarixi fərmanı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Sənaye institutunun bazasında yaradılmışdır.

 

* Hazırda SDU-da 7 fakültə mövcuddur. Son 10 ildə 2 yeni fakültə – tarix və filologiya fakültələri yaradılmış, 5 fakültə isə tamamilə dəyişdirilərək yeni istiqamətlərə uyğunlaşdırılmışdır.

2000-ci illə müqayisədə tələbə kontingenti iki dəfədən çox artırılaraq 4400-ə çatdırılmışdır. Hazırda universitetimizdə 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə magistr hazırlığı aparılır. 2006-cı ildə universitetdə əcnəbi tələbələrin hazırlıq mərkəzi yaradılmışdır. Bu gün SDU-da 100-dən artıq xarici tələbə təhsil alır.

 

* Son on ildə yeni kafedralar yaradılmış, tələbə qəbulu 645-dən 1000-ə qaldırılmışdır. 2000-ci ilə qədər qəbul planı 645 nəfər olsa da, qəbul olunan tələbələrin sayı 300-dən çox olmamışdır. Professor-müəllim heyətinin tərkibi də xeyli gücləndirilmiş, elmlər doktoru, professorların sayı 12-dən 55-ə, elmlər namizədi, dosentlərin sayı isə 87-dən 159-a çatdırılmışdır, həmçinin 5 elmi təhqiqat laboratoriyası yaradılmışdır. Universitetin iki bölmə üzrə “Elmi xəbərlər” (təbiət və texnika, sosial və humanitar) jurnalı nəşr olunur.

 

* Bu dövr ərzində 17 nəfər elmlər doktoru, 72 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. 9 nəfər professor, 73 nəfər dosent elmi adı almışdır. 110 patent alınmışdır ki, onun 3-ü “Avroasiya” patentidir. 60 monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 proqram və metodik vəsait hazırlanmışdır. 3000 elmi məqalə (o cümlədən 600-ü xaricdə), 1600 konfrans materialı (o cümlədən 300 Beynəlxalq konfrans və simpoziumlarda) çap olunmuş, 80 elmi konfrans (17 Beynalxalq, 35 Respublika, 28 Universitetdaxili) keçirilmişdir.

Eyni zamanda qeyd edim ki, TEC-in xətti ilə hər il bakalavrların və magistrantların Respublika Elmi konfransları keçirilir.

Universitet Tempus layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olmuş, 8 müasir tədris laboratoriyası yaradılmışdır. Müəssisələrin inkişafı istiqamətində universitetlər arası innovasiya şəbəkəsi istifadəyə verilmişdir. Beynəlxaq əməkdaşlıq çərçivəsində Avropanın tanınmış 20 universiteti ilə elm və təhsil haqqında ikitərəfli müqavilələr bağlanmışdır.

 

* İnternetə çıxışı təmin edən universitet üzrə vahid şəbəkə yaradılıb. 4400 tələbəni və 400-dən çox müəllimi əhatə edən informasiya bazası mövcuddur. Universitetin veb saytı yaradılmışdır və bu sayt 2010-cu ildə Milli Net.-in müsabiqəsinin qalibi olmuşdur. Təhsil dövründə hər bir tələbənin bütün göstəricilərini özündə əks etdirən poqram təminatı hazırlanıb istifadə olunmaqdadır. Təhsil resurslarının elektron versiyası universitetin saytında yerləşdirilmişdir.

Bu günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə universitetdə internet şəbəkəsinin nailiyyəti kimi təsdiqlənən Wİ-Fİ sisteminin təqdimat mərasimi keçirildi. Eyni zamanda internetə sürətli çıxışı təmin etmək üçün universitetin binasına optik kanal çəkilib. Bu gün tələbələr universitetdə bu sistemlə internetə çıxış əldə edirlər.

Universitetimiz yubiley ərəfəsindədir. 50 illik yubileylə bağlı universitetdə silsilə tədbirlər davam edir. Bu il ərzində SDU-da 3 respublika, 1 beynəlxalq konfrans (”Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” VII Beynəlxalq Konfransı) keçirilib. Payızda isə 2 respublika, 1 beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

 

* Semestr imtahanlarının test üsulu ilə aparılması üçün universitetdə proqram təminatı hazırlanıb, sınaqdan keçirilmiş və ilk dəfə olaraq qış imtahan sessiyasında tətbiq edilmişdir. Bu üsulun daha geniş tətbiq edilməsi üçün işlər davam etdirilir.

Universitetin maddi-texniki bazası xeyli genişlənmiş, auditoriyalar, kabinetlər və laboratoriyalar təmir edilmiş və müasir avadanlıqlarla təchiz edilmişdir.

Universitetdə bütün tarixi günlər, siyasi və dövlət səviyyəli bayramlar, mütəşəkkil qaydada qeyd olunur, görkəmli elm, təhsil və mədəniyyət xadimləri, siyasət adamları, teatr və musiqi kollektivləri ilə görüşlər keçirilir.

 

* Universitetin elmdə və təhsildə olduğu kimi idman həyatında da nailiyyətləri böyükdür. Son 10 ildə Dünya (6), Qran-Pri (1), Avropa (1), Asiya çempionatında (1), Beynəlxalq turnirlərdə (9), Respublika yarışlarında 84 medal qazanılmışdır.

Kollektivimizin fəaliyyəti hər zaman dövlətimiz və onun müdrik rəhbəri tərəfindən layiqincə qiymətləndirilir. Bir çox əməkdaşımız dövlətimizin ali mükafatlarına və fəxri adlarına: “Şöhrət Ordeni”nə, “Tərəqqi” medalına, “Əməkdar elm xadimi”, “Əməkar müəllim”, “Əməkdar mühəndis”, “Əməkdar məşqçi” fəxri adlara, “Əməkdə fərqləndiyinə görə” və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlarına layiq görülmüşlər.

Ali Məktəb Tələbələrinin Respublika Fənn Olimpiadalarında qazandığımız uğurlar da ilbəil artmaqdadır. Ali Məktəb Tələbələrinin 17-ci Fənn Olimpiadasında universitetimizin 10 tələbəsi 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülmüşdür. Bu isə ali məktəblər arasında 4-cü nəticə deməkdir.

 

 

Biz hazırıq!

Bu ilki qəbul imtahanlarında elan olunmuş müsabiqə üzrə SDU-da yerlər 100 faiz dolub. Bu il 1000-ə yaxın yeni tələbə əyani, 200-ə yaxın tələbə isə qiyabi əsaslarla universitetimizdə təhsil almaq imkanı əldə edib.

50 illik yubileylə bağlı hazırlıq işləri gedir. Təhsil ocağının tarixi və bu gününü özündə əks etdirən sənədli film, kitab və  prospekt hazırlanıb.

Son üç ay ərzində universitetdə əsaslı yenidənqurma və abadlıq işləri aparılıb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb, bütün şöbə və labarotoriyalar kompüter dəstləri ilə təchiz edilib, Artıq bir neçə aydır ki, universitet tələbələri və əməkdaşları yüksək sürətli Wi-Fi sistemi ilə internetdən universitetin hər bir yerində istifadə edə bilirlər.

Eyni zamanda, auditoriyalar, dəhlizlər təmir olunub, universitet binasının həyəti abadlaşdırılıb, təmir işləri həyata keçirilib.

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universiteti sizi gözləyir, əziz tələbələr!” yazısına bir cavab

  1. sefehbala deyir:

    yeni qiymetlerimizle sizi gozleyirik bir imtahan 140AZN

Şərhinizi yazın