Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində işlərə Elxan Hüseynov nəzarət edir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur

elxanSumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun işdən azad olunması barədə xəbər vermişdik. Təhsil Nazirliyi də artıq məsələyə münasibət bildirib. Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov öz ərizəsilə çıxıb.

Modern.az saytına məlum olub ki, hazırda Sumqayıt Dövlət Universitetinə müvəqqəti olaraq təhsil nazirinin müşaviri Elxan Hüseynov nəzarət edir.

Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.
1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini olub.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor kimi f’əaliyyət göstərib.
1999-2000-ci illərdə Bakı Dövlət Universitetində I prorektor – Tədris işləri üzrə prorektor olub
2002-2010-cu illrədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
2010-cu ilin fevral ayından Bakı Dövlət Universitetinə qayıdaraq beynəlxalq əlaqələr üzrə prorektor işləyib.
Hazırda təhsil nazirinin müşaviri postunu tutur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın