Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində müəllimlərin peşə bayramı qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində (SDU) 5 oktyabr – müəllimlərin peşə bayramı günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov bayram münasibətilə universitetin müəllim-professor heyətini təbrik edib.

O bildirib ki, Prezident İlham Əliyevin bir neçə ay əvvəl SDU-nun 50 illik yubileyi ərəfəsində universitetin 20 əməkdaşının fəxri adlara layiq görməsi dövlət başçısının universitetimizə, onun kollektivinə olan diqqətinin ifadəsidir. Bu bayram ərəfəsində də universitetin müəllimi Kimya və biologiya fakültəsinin dosenti Fikrət Məmmədov “Əməkdar müəllim” adına layiq görülüb.

Tədbir konsert proqramı ilə davam edib.

salamnews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın