Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində oğurluq

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2009 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində oğurluq olub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, təhsil müəssisəsinin rəhbərliyi polisə ərizə ilə müraciət edərək universitetin həyətindən pəncərələr üçün nəzərdə tutulmuş xeyli sayda dəmir barmaqlıqların oğurlanması barədə məlumat verib. Daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Dövlət Universitetindən oğurluq edən şəxsin, 1957-ci il təvəllüdlü Tahir Məmmədov olduğu müəyyən edilib. T.Məmmədov artıq polis tərəfindən saxlanılıb və onun barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın