Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində yanğın

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2012 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Ötən gecə Sumqayıt Dövlət Universitetində yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın universitetin əsas binasının birinci mərtəbəsində yerləşən oxu zalında olub. Yanğın 120 kv.m ərazini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun binanın digər hissələrinə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbi araşdırılır.

FHN-in məlumatına görə, Sumqayıt şəhərində Təhsil Nazirliyinə məxsus Sumqayıt Dövlət Universitetinin 4 mərtəbədən ibarət əsas binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan oxu zalının döşəməsi, əşyalar 5 kv.m sahədə və 1 ədəd pəncərə çərcivəsi yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın