Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb- EKSKLÜZİV

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 673 dəfə • 7 şərh

qehremanovSumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə sumqayitxeber.com saytına etibarlı mənbələrdən məlumat daxil olub.  Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdi.

Nadir  Qəhrəmanov 1945-ci il, mayın 24-də Zəngəzur qəzasının Urud kəndində ziyalı ailəsində anadan olmuşdur.

1962-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur.

1969-cu ildən fəaliyyətini Bakı Dövlət Universiteti ilə başlamışdır.

1972-ci ilə qədər laborant, 1972-1976-cı illərdə isə “Ümumi fizika” kafedrasında müəllim işləmişdir.

1976-cı ildə “İndium kükürd monokristalının alınması və bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1977-1986-cı illərdə “Ümumi fizika” kafedrasının dossenti vəzifəsində çalışmışdır.

1986-cı ildəBakı Dövlət Universitetinin “Ümumi fizika” kafedrasının professoru vəzifəsində öz elmi-pedaqoji fəaliyyətini davam etdirərək müxtəlif illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.

30 ilə yaxın bir müddətdə BDU-da yüksək elmi – pedaqoji səviyyədə mühazirələr oxumuşdur.

N.Qəhrəmanov mürəkkəb yarımkeçiricilər üzrə mütəxəssisdir.

200 – dən çox elmi məqalənin, 10 müəlliflik şəhadətnaməsi, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

SDU elmi xəbərlər jurnalının baş redaktorudur.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Ailəlidir, iki övladı vardır.

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb- EKSKLÜZİV” yazısına 7 cavab

  1. Deniz deyir:

    Belke bundan sonra telebelerin oxumaga hevesi artar !

  2. Deniz deyir:

    Tebrikler !

  3. Sema deyir:

    Muellimlere ve telebelere can sagligi arzu edirem !

  4. Edalet deyir:

    Sevindim ! Tebrikler !

  5. Sahib deyir:

    Ela choooox sevindim !

  6. Sahil deyir:

    Tebrikler!

  7. Kimse deyir:

    Bu movzuya aid deyil , amma bu yaxinlarda bir neferin ad gunudur onu tebrik edirem !

Şərhinizi yazın