Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrında işlər yekunlaşmaq üzrədir- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 1,815 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Dram Teatrında aparılan əsaslı təmir işləri  yekunlaşmaq üzrədir.

Mütəmadi olaraq şəhərdə gedən tikinti və yenidənqurma işlərinə baş çəkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrında olub.

Şəhər rəhbəri Sumqayıt Dövlət Dram Teatrında aparılan əsaslı təmir işləri ilə bağlı  tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır.
Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənib. Teatr binası istər daxilən, istərsə də xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir.

Sumqayıt Teatrının binası istifadəyə verildikdən sonra şəhərin mədəni həyatı daha da canlanacaq.

DSC_0246 DSC_0263 DSC_0270 DSC_0279 DSC_0296 DSC_0299 DSC_0303 DSC_0307 DSC_0318 DSC_0325

DSC_0101 DSC_0089 DSC_0079 DSC_0085

Facebook Şərhləndirmə:

Şərhinizi yazın