Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı

Müəllif: Sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2015 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

DSC_0035Sentyabrın 29-da Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı Hidayət Orucovun “Burdan min atlı keçdi” tarixi-xronoloji dramının premyerası ilə gerçəkləşdi. Əsərin süjet xəttini ötən əsrin ortalarında erməni separatçılarının Azərbaycana, azərbaycanlılara yönəlik məkrli siyasəti və ulu öndər Heydər Əliyevin bu təxribatlara qarşı cəsarətli çıxışları, fədakar mübarizəsi təşkil edir. Heydər Əliyev obrazını əməkdar artist Namis Şirməmmədov canlandırır. Digər rollarda xalq artisti Məzahir Süleymanov, əməkdar artistlər Vidadi Məmmədov, İzaməddin Bağırov, Rauf Ağakişiyev, aktyorlar Dağlar Rüstəmov, İlham Səfərli, Habil Xanlarov, Akif Mirzəyev və başqaları çıxış edirlər. Quruluşçu rejissor teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur.

Mövsümün açılışında əsərin müəllifi, yazıçı Hidayət Orucov, sənətşünaslar, şəhər ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Leyla Eynullayeva

Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi

DSC_0044

Facebook Şərhləndirmə:

Şərhinizi yazın