Menu
Geri İrəli

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru prezidentə nə yazdı? – MƏTN

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 886 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev 2012-ci il1111111Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Piriquliyeva prezident İlham Əliyevə məktub göndərib.

sumqayitxeber.com məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!

Azərbaycan tarixinin şanlı səhifələrini yazmış ümummilli liderimiz Heydər Əliyevin övladı və layiqli davamçısı olaraq Sizin qürurlu, məğrur və əsl azərbaycanlı simanız, sadə həyat tərziniz, uşaqdan tutmuş ahıla kimi hər kəsə hörmətlə və qayğı ilə yanaşmağınız bizi hədsiz fərəhləndirir.

Sizin rəhbərliyiniz altında Azərbaycan sürətli tərəqqi yolundadır. Müstəqil ölkəmiz iqtisadiyyatın və sənayenin, kənd təsərrüfatının, təhsilin, elm və mədəniyyətin, idmanın, silahlı qüvvələrin inkişafında çox böyük nailiyyətlər əldə edib.

Azərbaycan öz inkişafının elə bir mərhələsinə yüksəlib ki, artıq, bütün sahələrdə ən müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq edir, kosmik sənayesini yaradır və orbitə süni peyklər buraxır.

Ən əsası, ən ümdəsi odur ki, ölkəmizdə əmin-amanlıq, sülh bərqərar edilib. Analarımız öz övladlarını arxayın olaraq işə, məktəbə yola salır, doğma yurdumuzda onların gələcəyinə böyük ümidlərlə baxırlar.

Möhtərəm Prezident, ürəkdən gələn sözlərimiz çoxdur. Onu da demək istəyirəm ki, Siz həm uzaqgörən siyasətçi, həm də güclü iqtisadçısınız. Bu xüsusiyyətlər heç də hər bir dövlət başçısında olmur. Bugünkü günümüzə, yaşayış şəraitimizə görə çox sağ olun.

Sizə və Mehriban xanım Əliyevaya “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsində uğurlar arzulayıram.

Hörmətlə,
Pirquliyeva Mətanət.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri. “

Facebook Şərhləndirmə:

Şərhinizi yazın