Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti beynəlxalq təhsil sərgisində

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 1,004 dəfə • 1 şərh

tehsil sergisi-1Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Optima Study” Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil” beynəlxalq sərgi-yarmarkası keçirilib.

Sərgidə ABŞ, Rusiya, Kanada, Birləşmiş Krallıq, İsveçrədən də təhsil ocaqları iştirak ediblər. Ümumilikdə dünyanın  20-ə yaxın ölkəsinin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan universitetləri də təmsil olunub.

Sərgidə Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Bakı Slavyan  Universitetini “Reduco” Təlim Tədris Mərkəzi təmsil edib. Sərgidə xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün mövcud imkanlarla bağlı iştirakçılara məlumat verilib.

Azərbaycan universitetlərinin təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universiteti beynəlxalq təhsil sərgisində” yazısına bir cavab

  1. Kənan deyir:

    təbrik edirik, Ugurlar . .

Şərhinizi yazın