Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində bayram tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 625 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi.

Tədbiri açan universitetin prorektoru, dosent Nizami Namazov universitet rəhbərliyi adından professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik etdi, onlara növbəti ildə uğurlar arzuladı.

Ümumi tarix fakültəsinin müdiri, professor Şirxan Səlimov isə “Ulu öndər Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi dünyada yaşayan bütün azərbaycanlılar üçün böyük töhfədir” mövzusunda çıxış etdi, tarixi faktlar və bu günün əhəmiyyəti üzərində dayandı.

Tarix fakültəsinin birinci kurs tələbəsi Ellada Bünyadova universitet tələbələri adından kollektivi təbrik etdi.

Daha sonra 2013-cü ildə öz nümunəvi fəaliyyəti ilə seçilən əməkdaşlar və “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibi olan tələbələr mükafatlandırıldı.

Tədbir bayram konserti davam etdi, təqdim olunan ifalar, rəqslər və səhnəciklər maraqla qarşılandı.  DSC_0071

Facebook Şərhləndirmə:

Şərhinizi yazın