Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində İlaxır çərşənbə qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2015 • Baxış sayı: 494 dəfə • Şərh yoxdur

1426606231638233149_750x500Martın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) İlaxır çərşənbə münasibətilə bayram şənliyi keçirilib.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, əvvəlcə universitetin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Universitetin rektoru Elxan Hüseynov bayram münasibətilə iştirakçıları təbrik edərək, min illərlə tarixi olan Novruzun təkcə təbiətin oyanışının, bəşəriyyətin yaranışının təcəssümü deyil, həm də insanlarda yeni arzuların yaranmasına, niyyətlərin saflaşmasına səbəb olduğunu diqqətə çatdırıb.

Tədbirdə universitet tələbələrinin ifasında folklorumuzu, yaz fəslini və Novruz bayramını tərənnüm edən xalq mahnıları, bayatılar, rəqslər və şeirlər tədbir iştirakçılarının zövqünü oxşayıb.

Milli üslubda bəzədilən səhnə, Novruz xonçaları, müxtəlif şirniyyatlar, Keçəl və Kosanın duzlu-məzəli oyunları bayramın rəngarəngliyini daha da artırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın