Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində kommunizm davam edir

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Avqust 2015 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

1440093694_seekil2Bundan öncə də dəfələrlə Sumqayıt Dövlət Universitetində hicab qadağası tətbiq edilib və tələbələrin hicabla universitetə daxil olmasına maneə törədilib. İctimai qınaq və İslam camiəsinin haqlı etirazları nəticəsində universitet rəhbərliyi özbaşına verilən qərardan geri addım atıb. Lakin yeni təhsil ilinin astanasında bu məsələ yenidən gündəmə gəlib. Belə ki, universitetə daxil olan hicablı tələbənin sənədləri universitet rəhbərliyi tərəfindən qəbul edilməyib. Səbəb kimi isə Azərbaycan Respublikasının Konstitusiyası və vətəndaşın konstitusiyon hüquqlarının pozulması ilə hazırlanmış universitetin daxili nizamnaməsidir. SDU-ya yeni qəbul olan tələbə Zeynəb Kərimova bu gün sənədlərini təqdim etmək üçün universitetə müraciət edib. Bu barədə tələbənin ailəsi İslamazeri.az-a məlumat verib. Universitetin Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektoru Natiq Talıbov və universitetin hüquqşunası Əminə xanım tələbə və onun ailəsinə bildiriblər ki, “hicabınızı açın, ondan sonra sənədlərinizi təqdim edin. Bu universitetdə nəinki tələbələrin hicabla oxumasına icazə vermirik, hətta universitetin həyətinə belə hicabla daxil olmaq qadağandır.” Onlar həmçinin bildiriblər ki, universitetə tələbələrin saqqalla da daxil olmasına icazə verilmir. Valideynlər və tələbə Zeynəb Kərimovanın universiteti tərk etmədiklərini görən universitet rəhbərliyi tələbəni qeydiyyata alıb. Amma sentyabrın 15-də universitetə gələrkən tələbədən hicabını açmasını tələb edəcəklərini bildiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın