Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində məzun günü keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2014 • Baxış sayı: 881 dəfə • Şərh yoxdur

Tədbir ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin qoyulması və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
SDU-nun rektoru Elxan Hüseynov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, universitetin yaranma tarixindən danışmışdır. Bildirmişdir ki, 2000-ci il iyun ayının 13-də ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Qeyd edilmişdir ki, Ümummilli Liderin hazırladığı strategiyanın əsas istiqamətlərindən biri də milli təhsil sisteminin yenidən qurulması idi.
Diqqətə çatdırılmışdır ki, son illər ərzində Azərbaycan Respublikasında təhsilin tərəqqisi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə ən yeni texnologiyaya əsaslanan infrastruktura malik, keyfiyyət göstəricilərinə görə dünya dövlətləri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemi yaratmaq məqsədi qarşıya qoyuldu. Bu gün Azərbaycanda təhsil sistemi sürətlə inkişaf edir. Bu istiqamətdə Prezident İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın elm, təhsil, mədəniyyətin inkişafı sahəsindəki xidmətləri də danılmazdır.
E.Hüseynov əmin olduğunu bildirmişdir ki, məzunlar bu universitetdə qazandıqları bilik və bacarıqları ilə həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda əsl mütəxəssis kimi özlərini doğruldacaqlar.
Sonra ali məktəbi yüksək qiymətlərlə bitirən bir qrup məzuna fərqlənmə diplomları, fəxri fərmanlar təqdim olunmuşdur.
Universitetin əməkdar müəllimi Həsən Sadıqov, AMEA-nın müxbir üzvü Firudin Məmmədov, əməkdar mühəndis Nadir Kazımov diplomları məzunlara təqdim etmişlər.
Tədbirdə mantiya libasında olan məzunlar üzərində SDU yazılmış hava şarlarını səmaya buraxmışlar.
Tədbir respublikamızın tanınmış sənətçilərinin ifasında konsert proqramı və universitetin “Səma” rəqs qrupunun ifaları ilə davam etmişdir.

1403789644 1403789650

Facebook Şərhləndirmə:

Şərhinizi yazın