Menu
Geri İrəli

Sumqayıt dövlət Universitetində seminar keçirildi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2015 • Baxış sayı: 708 dəfə • Şərh yoxdur
Ali məktəbdə “Müasir avtomatika texnologiyaları və problemləri” mövzulu seminar keçirilib.
 sdu-konfrans
Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir avtomatika texnologiyaları və problemləri” mövzusunda texniki seminar keçirilib. Professor, əməkdar müəllim Nadir Kazımov seminar iştirakçılarını salamlayıb və çıxış üçün sözü Mühəndislik fakültəsinin dekanı, dosent Sabir Xəlilova verib.
O, bildirib ki, bu gün respublikamızın bütün sahələrdə sürətli inkişafı danılmazdır və bu inkişaf yüksələn xətlə davam etməkdədir. Yeni islahatların həyata keçirilməsi respublikamızın gündəlik həyatının ayrılmaz hissəsidir. “2015-2020-ci illərdə Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 saylı Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikasında yeni sənaye obyektlərinin yaradılması, yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu məqsədlə dünyada öz yeri olan və qabaqcıl şirkətlərdən biri sayılan Şneyder şirkətinin dəstəyi ilə “Müasir avtomatika texnologiyaları və problemləri” üzrə texniki seminar təşkil olunub. Bu seminara Azərbaycanın öndə gedən sənaye obyektlərinin mütəxəssisləri dəvət olunub. Məqsədimiz bu sənaye obyektlərində yeni texnologiyaların tətbiqi və onun metodikası, bu obyektlər üçün uyğun mütəxəssislərin hazırlanması, istifadədə olunan yeni texnologiyalara servis xidmətinin təşkil edilməsidir. Həmçinin universitetimizin aparıcı elmi mütəxəssislərinin köməyi ilə yeni-yeni ideyaların və innovativ texnologiyalar əsasında layihələrin hazırlanması üçün Şneyder şirkəti ilə birlikdə müzakirələrin aparılmasına ehtiyac duyulur.
Şneyder Elektrik Şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Osman Şahin Şneyder şirkətinin ayrı-ayrı fərdlərə və təşkilatlara enerjidən maksimum yararlanmağa imkan yaratmaq məqsədilə Azərbaycanda öz Bakı nümayəndəliyi və bölüşdürmə partnyoru vasitəsilə fəaliyyət göstərdiyini bildirdi. Vurğuladı ki, 100-dən çox ölkədə fəaliyyət göstərən və enerji idarə edilməsi sahəsində dünya üzrə mütəxəssis olan Şneyder Elektrikin 150 mindən çox işçiləri vardır. Bu gün Azərbaycanda bir çox təhsil müəssisələri ilə, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə də yeni ideyalar və layihələri birlikdə icra etmək məqsədi ilə əməkdaşlıq edirik.
Şirkətin Sənaye Avtomatikası üzrə texniki-kommersiya mühəndisi Pünhan Seyidov çıxışında söylədi ki, bu gün təbiət resurslarından səmərəli istifadə, ətraf mühitin qorunması, optimallığın təmini, enerjiyə qənaət kimi amillər avtomatikanı günümüzün artan təlabatına çevirib. SDU ilə əməkdaşlıqdan danışan mühəndis universitetin nəzdində yeni bir avtomatika və elektrik mühəndisliyi sahəsində servis qrupu yaradılması istiqamətində işlər getdiyini söylədi.
Fizika və elektroenergetika fakultəsinin dekanı, dosent Tamella Əhmədova SDU-da elektrik mühəndisliyi, energetika mühəndisliyi, istilik energetikası mühəndisliyi ixtisasları üzrə bakalavr və magistr hazırlandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının inkişaf strategiyası əsasında elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, müasir intellektual sistemlərin və texnologiyaların tətbiqi vasitəsilə aparılır. Bu da karyerasına yeni addım atmış hər bir gənc mütəxəssisin Şneyder Elektrik kimi bu sahədə böyük təcrübəsi, nailiyyətləri olan şirkətin dəstəyinə ehtiyacı var. Mən inanıram ki, əməkdaşlığımız ölkə energetika sənayesinin inkişafına daha da təkan verəcək və bunun sayəsində müasir texnolgiyalara yiyələnmiş mühəndis kadrlar yetişdirəcəkdir.
Çıxışının sonunda dosent Tamella Əhmədova Şneyder şirkətinə universitetlə əməkdaşlıq sahəsində bir sıra təkliflər irəli sürdü. İki paneldə davam etdirilən seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri Asif Rzayev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru Əsgər Quliyev və başqaları çıxış ediblər.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın