Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin edildi – SƏRƏNCAM

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2014 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin edilib. Lent.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub.

Qeyd edək ki, E. Hüseynov 2010-cu ilə qədər Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.

2013-cü ilin dekabrında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Uzun illər Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru işləmiş Nadir Qəhrəmanov ötən ilin dekabrında tutduğu vəzifədən azad olunub.

Ilham Eliyev Imzalanma 130510

Facebook Şərhləndirmə:

Şərhinizi yazın